Reklam
Ata ocaqlarını yandıraq! - Babaların ruhu bizi bağışlamaz...
18-02-2021 21:05
Mən yaxşı bilirəm qaçqınlıq nədir,
Mən yaxşı bilriəm köç nə deməkdir.
Doğma qardaşın da himayəsinə
Sığınıb yaşamaq heç nə deməkdir.
Sücaət
Bəşər övladı yaranandan bəri insanların başına çox bəlalar gəlmişdir. Təbii fəlakətlər, zəlzələlər, daşqın və sel aparmaları, sürüşmələr və s. nəticəsində insanlar öz doğulub boya-başa çatdıqları dədə-baba yurdunu, doğma evlərini tərk edib başqa ərazilərə köçməyə məcbur olmuş, özlərinə yeni yaşayış məskənləri salmış və həyatlarını davam etdirmişlər.
Qaçqınlıq bunların hamısından ən dəhşətlisidir. Təcavüzkar düşmənin təcavüzü nəticəsində doğma ev-eşiyini tərk edib, bəzən doğmalarını, əzizlərini belə düşmən caynağında qoyub canını götürüb güllə yağışından xilas olmaq üçün qaçaraq digər bölgələrdə məskunlaşanlara da "qaçqınlar" deyirik. Ölkəmizdə yurd-yuvasını tərk edənlərin sayı bir milyondan çoxdur. Daha dəqiq desək, respublika əhalisinin hər 10 nəfərindən biri qaçqın və ya məcburi köçkün adlanır. Yeri gəlmişkən, mən rəsmi təşkilatlarımızın Kəlbəcər və ya digər bölgələrdən yurd-yuvasını tərk etmiş insanların "Məcburi köçkün"adlandırılmasını heç zaman qəbul edə bilməmişəm. "Məcburi köçkün". Bu iki sözün birləşməsindən əmələ gələn sözün mənasına fikir versək , burada "köç etmək ","evindəki əşyaları yığışdırıb harasa köçmək "mənasını verir.Amma məcburi köçkünlər ev əşyalarını yığışdırıb köçməyiblər, onları silah gücünə evlərindən ayaqyalın, başıaçıq qaçaraq canlarını qurtarmağa məcbur ediblər. Ona görə də onları da, mənə elə gəlir ki, "qaçqın" adlandırmaq daha doğru olardı. Lakin burada bir vacib məsələ də var. Hər bir məcburi köçkün öz ata ocağında çıraq yandırmalıdır! Bu ocaqlarda çıraq yanmasa, babaların ruhu bizi bağışlamaz! Bu günlərdə ARB kanalında bir alim məcburi köçkünlərin qayıdışı barədə öz təkliflərini verirdi. Aparıcı Rəhman Rəsulovun "Sizcə işğaldan azad olunmuş şəhər və kəndlərimiz necə bərpa olunmalıdır?" sualına belə bir eybəcər cavab verdi:
-Kəlbəcərdə 148 kənd var. Bu kəndlərin hamısına dövlət yenidən yol çəksə, hər bir kəndin bütün infrastrukturunu bərpa etsə, buna uzun illər lazım gələcəkdir. Məncə, bu rayonda dövlət tərəfindən ən çoxu 50 yaşayış məntəqələsi salınar, bütün kəndlərin sakinlərini bu qəsəbədə yerləşdirmək olar. Belə fikirləsənlər də var. Amma doğma ata yurdunun qədrini bilənlər daha çoxdur. Onlar bilirlər ki, ata yurdu müqəddəsdir. Onu heç bir ağıllı kənd və şəhərlə dəyişməzlər! Bu, təkcə bu sətirlərin müəllifinin fikri deyil, söhbət və müzakirələr apardığımız bütün məcburi köçkünlərin fikridir. "Ata yurduna qayıdandan sonra oranı necə görmək istəyirsiniz?"-deye soruşduqda demək olar ki hamı ata yurdunda ev tikəcəyini, ata ocağının qalayacağını dedi. Yaxşı olardı ki, dövlətimiz hər kəsə ata yurdundakı evini bərpa etməyə şərait yaratsın. Hər kəs ata ocağında bir ev tiksin. Məsələn, işğaldan əvvəl Kəlbəcər rayonunun Başlibel kəndində 400-dən çox ev var idi. Tutaq ki, Əliş Muxtarovun Kəlbəcər rayonunu işğal olunanda iki oğlu vardı: Böyük oğlu Vəliş, kiçik oğlu Əli. Bu gün Kəlbəcərə qayıdış ərəfəsində Vəlişin 4 oğlu, Əlinin isə 3 oğlu var. Hər biri ailəlidir. Başlibelə qayıdarkən yaxşı olardı ki, Əliş kişinin 7 nəvəsindən biri öz atası ilə Əliş kişinin evinin yerində özlərinə ev tiksinlər. Digər qardaşlar isə kəndin kənarında tikilən yeni ağıllı kənddə məskunlaşsınlar. Bu ən ədalətli seçim olardı. Bu halda, həm ata ocağı yanacaq həm də, müasir "ağıllı kənd"prinsipi həyata keçəcək. Digər bir məsələ ondan ibarətdir ki,kənddə yaşayan hər bir ailə heyvandarlıqla məsgul olur. Onun tovləsi olmalı, heyvanlarını həmin tovlələrdə saxlamalıdır. Bu halda "ağıllı kənd" prinsipini, ekologi təmizlik məsələsini çox çətin ki, qorumaq mümkün olsun. Yaxsi olardı ki vətənə qayıdan hər bir məcburi köçkün ailəyə seçim üçün sərbəstlik verilsin-ya ata ocağında ev tikib yaşasın, ya da kənd ərazisində, kənddən bir qədər aralıda salınan "ağıllı kənd"də "dövlətin tikdiyi evdə yaşasın. Öz vəsaiti hesabına ev tikən məcburi köçkünlərə dövlət tərəfindən uzun müddətli kreditlər verilməsi təmin olunsun. İnanırıq ki, yaxın gələcəkdə işğaldan azad olunmuş torpaqlarımız öz doğma sakinlərini qoynuna alacaq və bu sakinlər doğma Azərbaycanın inkişafına və çiçəklənməsinə öz töhfələrini verəcəklər.
Oqtay SALAHLI
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 18-02-2021 21:05
Baxış sayı: 3663
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23