"İslandi göy otlar, yuyundu meşə..." - İntiqam Hüseynov

13-02-2021 13:23
İntiqam Aqşin oğlu Hüseynov Goygol rayonunun Hacıməlik qəsəbəsində yaşayır. Xeyli vaxtdır duyğularını, hislərini sözə  çevirir, şeir yazmaqla içini titrədən ağrıları ovutmağa çalışır. İ.Hüseynov yeddi yasından sonra taleyin sərt üzü ilə rastlaşıb, birinci qurup əlildir.
Dalidag.az İntiqam Hüseynovun bir neçə şeirini oxuculara təqdim edir. Qeyd edək ki, şeirlər müəllifin ilk qələm təcrübəsidir. Texniki qüsurlar, bədii çatışmamazlıqlar bağışlanan olar deyə düşündük. Müəllifə uğurlar arzulayır və inanırıq ki, püxtələşmək, daha yaxşı yazmaq üçün öz üzərində çalışacaq, axtarışda olacaq.

Azərbaycan 

İşğaldan azad oldu torpağımız,
Ucaldıqca ucaldi bayrağımız.
Qələbə zəfərin çaldı xalqimiz,
Sülhə müjdə gətirdi Azərbaycan!

İslandi göy otlar, yuyundu meşə,
Hər yan gözəlləsdi, bənzərsiz guşə.
Laləzar tək hər yan olub güleyşə,
Qarabağım azaddır Azərbaycan!

Dağları alovlu yanar bir ocaq,
Məşəl olub tüstüsü qalaq-qalaq.
Viran könlüm buz şaxtadan sazaq
Səhidlərim ölməzdir Azərbaycan!

Xos avazım xarıbülbül oxuyur,
Sarı bulbul gül çələngin toxuyur.
Köklü ağac ürəyimə toxunur,
Haqq ədalət sənindir Azərbaycan!

Ağartma saçlarını ana


Evimin bəzəyi yaraşığısan,
Görən gözlərimin işığısan.
Həyatıma çıraq, başıma tacsan,
Ağartma saçlarını, ağartma, ana.

İsti qanına, canına qurban,
Çəkdiyin sığala, əlinə qurban,
Gülər üzünə, ürəyinə qurban,
Ağartma saçlarını, ağartma, ana!

Hər kəsdən doğma əzizsən mənə,
Yasamaq həvəsi, nəfəssən mənə,
Hər zaman, hər an gərəksən mənə,
Ağartma saçlarını, ağartma, ana!

***

Dünya cəhənnəmə dönər,
Mən unutsam səni əgər.
Allah mənə qənim olar,
Sənə dönük çıxsam əgər.

Səni sevdim ürəkdən,
Öz əhdimdən dönmərəm.
Leyli Məcnun dastanda,
Əsl Məcnun mən özüməm.

Mən sevirəm təkcə səni,
Özgəni sevə bilmərəm.
Hamı kimi mən də sevdim,
Eşqimdən dönə bilmərəm.

Hər an sənin ürəyin,
Mənlə birgə döyünür.
Səni sevən İntiqamdir,
Ölənəcən sevəcəkdir.

***

Məni məndən xəbər alan,
Ürəyimi oda salan,
Gözlərimi ağlar qoyan, 
Hardasan, harda, gülüm?

Ay ötəcək, gün ötəcək,
İllər gəlib keçəcək.
Həzin- həzin yanır ürək,
Hardasan, harda, gülüm?

Nə ilim, var nə ayım,
Yoxdur günüm-guzaranim,
Həsrətinə yandı canım,
Hardasan, harda, gülüm?

Deyirlər ki, səbrim çoxdur,
Ürəyimdə dərdlər oxdur,
Dözümlüyə dözüm yoxdur,
Hardasan, harda, gulum?

İntiqam Hüseynov
Dalidag.az 



Kateqoriya: Poeziya-nəsr
Tarix: 13-02-2021 13:23
Baxış sayı: 3561
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını