Reklam

Tanrının sözlə mükafatlandırdığı Qənirə Mehdixanlı
13-02-2021 15:08

Dalidag.az olaraq, yenə də gənclik şövqü ilə çalışan, yaradıcı imkanlarını böyük məhəbbətlə sərgiləyən, həyat eşqli şair, dəyərli ziyalı Qənirə Mehdixanlını doğum günü münasibətilə təbrik edir, həmişə belə təravətli və gümrah olmasını diləyirik.
Sevinc QƏRİB
NEYLƏYİM
Eşq hekayəm bir qorxulu nağıldı,
Bulaq idi, suyu çox tez soğuıdu,
Ümidlərim boşa çıxdı, dağıldı,
Ağıl da kı ,baxmır sözə, neyləyim?
Başım dönüb indi qaynar qazana,
Əlim çatmır bu yaxını yazana,
Öz əlinlə gəl qəbrimi qaz, ana,
Ömrüm- günüm dönüb közə, neyləyim?
Yatmış bəxtim nədən çox gec oyandı?
Mən alışdım, oda düşdü, o yandı,
Tüstüsündən dünyam qara boyandı,
Oğul gərək buna dözə, neyləyim?
Bağ becərdim, çovğun vurdu, zay oldu,
İllər ötdü, günüm ahu- vay oldu,
Cavan ömrüm görün kimə tay oldu,
Bəd nəzərdən gəldim gözə , neyləyim?
Saqi, mey ver, onu alım, içim mən,
Qoy məst olum, bu dərd çıxsın içimdən,
Mehdixanlı, yüz yol ölçüm-biçim mən,
Payız könlüm dönsün yaza, neyləyim?
QOY PƏLƏNG YESİN
Kompasım qırılıb, cəhətim itib,
Qaranlıq meşədə azmışam yolu,
Deyəsən, burada əcəlim yetib,
Ünvansız gəzirəm mən sağı-solu.
Çaqqallar ulaşır, üstümə gəlir,
Tülkülər əsnəyir, üzümə gülür,
Ürəyim çırpınır, gözlərim dolur,
Gəzirəm, tapmıram bir işıq yolu.
Mehdixanlı mənə qorxur deməsin,
Nə üçün üstümə tülkü əsnəsin,
Yeyirsə də məni qoy pələng yesin,
Neynirəm ulayan oğru çaqqalı.
USTADNAMƏ
Misi misgərə ver, zəri zərgərə,
Çevirsin qoy onu lələ, gövhərə,
Bu işi tapşırsan əgər dülgərə,
Yonub-yonqarlayıb zay edəcəkdir.
Dövlətə rəhbərlik aqil insana,
Qoyunu çobana, bsğı bağbana,
Oğrudan gözətçi olmaz bostana,
Soyub talayacaq vay edəcəkdir.
Mehdixanlı, möhtac olma qonşuya ,
Pis pisə yazıla, yaxşı yaxşıya,
Bunu da tapşırsan əgər naşıya,
Yaxşını yamana tay edəcəkdir.
BU YOLDAN
Bürüyüb dünyanı yol damar-damar,
Yolçular yollardan rahatlıq umar,
Kimiyə daş-kəsək, kimiyə hamar,
Keçir namərdlər də, mərd də bu yoldan.
Biri toy-düyünlə gəlindir köçür,
Biri dərdlərini götürüb qaçır,
Hamı son mənzilə bu yolla köçür,
Keçir məhəbbət də,dərd də bu yoldan.
Mehdixanlı, uzun-kəsədi yollar,
Qıyarmı yolçular küsə bu yollar,
Fərq qoymaz yaxşıya, pisə bu yollar,
Keçir qoyunlar da, qurd da bu yoldan.
XƏBƏRİM YOXMUŞ
Nə xəbər tutmuşam, nə də bilmişəm,
Sən demə böyüyüb, yaşa dolmuşam,
Cilvəli bir gözəl mələk olmuşam,
Mənə diqqət edən, baxanlar çoxmuş,
Özümün-özümdən xəbərim yoxmuş.
Kimi görmək üçün daş üstə çıxıb,
Kimi pəncərədən xəlvətcə baxıb,
Neçə ürəkləri yandırıb-yaxıb,
Onlar da bu sirri açmağa qorxmuş,
Özümün-özümdən xəbərim yoxmuş.
Bir çoxu gecələr yuxu yatmamış,
Mənə söz deməyə cürət etməmiş,
Məhəbbət nə şeydir mənə çatmamış,
İllər ötüb-keçmiş, fəsillər axmış,
Özümün-özümdən xəbərim yoxmuş.
Mehdixanlı, ötən illəri saydım,
Qocalıq üz verdi, qəddimi əydim,
Bir əlim, bir dizim, başıma döydüm,
Vaxt keçmiş, gözəllik əlimdən çıxmış,
Özümün-özümdən xəbərim yoxmuş.
Nə xəbər tutmuşam, nə də bilmişəm,
Sən demə böyüyüb, yaşa dolmuşam,
Cilvəli bir gözəl mələk olmuşam,
Mənə diqqət edən, baxanlar çoxmuş,
Özümün-özümdən xəbərim yoxmuş.
Kimi görmək üçün daş üstə çıxıb,
Kimi pəncərədən xəlvətcə baxıb,
Neçə ürəkləri yandırıb-yaxıb,
Onlar da bu sirri açmağa qorxmuş,
Özümün-özümdən xəbərim yoxmuş.
Bir çoxu gecələr yuxu yatmamış,
Mənə söz deməyə cürət etməmiş,
Məhəbbət nə şeydir mənə çatmamış,
İllər ötüb-keçmiş, fəsillər axmış,
Özümün-özümdən xəbərim yoxmuş.
Mehdixanlı, ötən illəri saydım,
Qocalıq üz verdi, qəddimi əydim,
Bir əlim, bir dizim, başıma döydüm,
Vaxt keçmiş, gözəllik əlimdən çıxmış,
Özümün-özümdən xəbərim yoxmuş.
DİNMİR DİLİ YOX KİMİ
Hardan düşdü yadıma?
O dərdindən öldüyüm,
Süzülən göz yaşını,
Göz yaşımla sildiym.
Hərdən gəlir yuxuma,
Dinmir, dili yox kimi.
Baxışları yenə də,
Vurur məni ox kimi.
Unutmuşdum mən onu,
Köhnə, uçuq dam təki.
Pilitəsi tükənmiş,
Odu sönmüş şam təki.
Çoxdan sönmüş ocağa,
Qığılcımdan od salır.
Unudulmuş bulağa,
Təzə cığır, yol salır.
Mehdixanlı, az düşün,
Dünya gəldi-gedərdi.
Səni dərdə salanın,
Özü səndən betərdi.
Qənirə MEHDİXANLI
Dalidag.az



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
