Milli-azadlıq hərəkatının öncüllərindən biri, Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun vəfatından bir il ötür. Dalidag.az xəbər verir ki, ötən ilin bu günü - 26.02.2020-ci il tarixdə sağalmaz yaramız olan Xocalı faciəsinin 28-ci ildönümünü qeyd edən xalqımız səhəri daha bir acı xəbərlə açdı. Böyük İsgəndər Həmidovun vəfatı xəbəri sevənlərini çox kədərləndirdi. Uzun müddət xəstə olmasına baxmayaraq, hər kəs sağalacağına ümidli idi. Ona görə də heç kim bu xəbərə inanmaq

Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında İrandan iştirak edən jurnalistin terrorçularla bağlı sualına sərt reaksiya verib. Dövlət başçısı bildirib: “Siz bunu sual formasında verə biləsiniz. Ancaq dediyinizin arxasında durmalısınız. Müharibə zamanı hər hansı terrorçu qrupların iştirakıyıla bağlı elə hesabatlar məlumatlar, dəlil, sübut yoxdur. Bu, uydurulmuş məlumatdır. Təəssüf edirəm ki, dost ölkədən olan jurnalist belə bir sual verir. Azadolunma əməliyyatında heç bir

Müdafiə Nazirliyi Ağdam rayonunun Tərnöyüt kəndindən videogörüntülər yayıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

Bu gün Xocalı soyqırımından 29 il ötür. Erməni vandallarının 29 il əvvəl Azərbaycan xalqına, günahsız, əliyalın insanlarımza qarşı törətdiyi insanlığa sığmayan bu qatı cinayət əməlinin qurbanlarının xatirəsi uzun illərdir ki, xalqımız tərəfindən dərin hüznlə anılır. Bu il ilk dəfədir ki, həmin insanların ruhunu həm də bir qalib xalq kimi anacağıq, artıq özümüzdə təsəlli tapırıq ki, həmin insanların ruhu şaddır, Vətən müharibəsində qələbəmiz həmin insanların narahat ruhlarına da bir rahatlıq

Gənc yaşlarından təkcə doğulub boya-başa çatdığı Kəlbəcərdə deyil, eləcə də bütün respublikamızda tanınan həkim-travmatoloq Sabir Mirzəyevin ömrü çox qısa oldi. Əlli dörd il yaşasa da bütün ölkə ərazisində onu tanıyanların, ondan bir həkim kimi, eləcə də bir insan kimi razı qalanların sayı kifayət qədər idi. Mirzəyev Sabir (Mahir) Hacı oğlu 1964-cü ildə Kəlbəcər rayonunun Başlıbel kəndində ziyalı ailəsində anadan olmuşdur. Atası Hacı müəllim Kəlbəcər rayonunun tanınmış ziyalılarından idi.

Döyüşçünün haqqını yeyən mətbuat, maliyyə, deputat “döyüşçülər” Qarabağ bölgəsində xidmət edən hərbi qulluqçulara təminat xərcliyinin məbləğinin ikiqat ödənilməsindən imtina edilməsinin günümüzün başlıca qonusu olması mübahisə doğurmur. İqtidar yetkililəri sözügedən imtinanı Qarabağın artıq döyüş bölgəsi olmaması ilə izah edirlər. Fikrimizcə, düzgün yanaşma və ağlabatan, məntiqli izah deyil. Ən azı, Qarabağda xidmət keçən Vətən keşikçilərinin gecə-gündüz əlləri tətikdə, ayaqları “minalarda”,

Əliyevlə Paşinyan arasında gizli razılıq var: Ermənistan Qarabağ iddiasından imtina edir. Dalidag.az xəbər verir ki, bu iddia ilə “Hraparak” qəzeti çıxış edib. Nəşrin istinad etdiyi məqam Ermənistan xarici işlər naziri Ara Ayvazyanın “Dağlıq Qarabağdakı status-kvonun dəyişməsi nəticəsində Ankaranın Ermənistanla sərhədləri bağlı saxlaması üçün artıq bir səbəb yoxdur” sözləridir. Məsələyə yenidən qayıdan və bununla bağlı Ermənistan XİN-ə sorğu göndərən nəşr yazır: - Azərbaycan münaqişənin

“Komsomolskaya Pravda”nın hərbi müşahidəçisi, Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü Viktor Baranets Ermənistan baş naziri Nikol Paşinyanın “İsgəndər” taktiki raket komplekslərinin yararsızlığı barədə açıqlaması ilə əlaqədar taktiki raket dizayn mühəndisi, texniki elmlər doktoru Vladimir Kovalyova müraciət edib. Dalidag.az xəbər verir ki, o, Paşinyanın açıqlamasının cavabdehliyini daşımalı olduğunu bildirib. “Raket sisteminə qarşı bu cür ciddi iddialarla çıxış etmək

Bu mövzunun bir xalq üçün nə qədər həyati əhəmiyyətə malik olması təkcə dilçilərə deyil, hər bir təfəkkür sahibinə məlumdur. Əminliklə deyə bilərik ki, Azərbaycan adlı bir müstəqil dövlətin qurulub inkişaf etdirilməsinin dayaq nöqtələrindən biri də dilimizin leksik-semantik, qrammatik özəllikləri ilə malik olduğu nüfuzudur. Bu nüfuzun tarixi V-VII əsrlərə dayanır. Müasir dövrdə də qonşu xalqların dilində, məsələn, bədxah erməni dilində 5 mindən çox(!) türk sözü işlənməkdədir. Qonşu gürcü

Nəcəf bəyin Azərbaycan dramaturgiyasının formalaşmasında, inkişafında, zənginləş-dirilməsində, milli teatrın yaradılmasında mühüm xidmətləri vardır. Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında “Müsibəti Fəxrəddin” əsəri ilə faciə janrının əsasını qoyan böyük bir ədibdir. Azərbaycan ədəbiyyatında maarifçilik hərəkatının genişlənməsində onun böyük xidmətləri olmuşdur. Nəcəf bəyin dünyagörüşünün inkişafında müəlllimi Həsən bəy Zərdabinin əziyyəti, mühüm istiqamət verici rolu danılmazdır. O, “Əti
Yazı axını
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024