Reklam
Əliyev Paşinyanı bu razılaşmaya məcbur edib: Ermənistan Qarabağdan imtina edir - VİDEO
25-02-2021 11:58

Əliyevlə Paşinyan arasında gizli razılıq var: Ermənistan Qarabağ iddiasından imtina edir.
Dalidag.az xəbər verir ki, bu iddia ilə “Hraparak” qəzeti çıxış edib. Nəşrin istinad etdiyi məqam Ermənistan xarici işlər naziri Ara Ayvazyanın “Dağlıq Qarabağdakı status-kvonun dəyişməsi nəticəsində Ankaranın Ermənistanla sərhədləri bağlı saxlaması üçün artıq bir səbəb yoxdur” sözləridir.
Məsələyə yenidən qayıdan və bununla bağlı Ermənistan XİN-ə sorğu göndərən nəşr yazır:
- Azərbaycan münaqişənin bitdiyini elan etdi, Ermənistan tərəfi “öz müqəddəratını təyinetmə” hüququnu xatırladır, hərçənd, XİN rəhbəri deyir: “Ermənistanı blokadada saxlamaq üçün heç bir səbəb yoxdur”. Bu o deməkdir ki, Ermənistan tərəfi də münaqişənin həllini qəbul edir və bütün Dağlıq Qarabağ da daxil olmaqla;
- Suallar yaranır: Ermənistan Qarabağ məsələsindən imtina etməklə bağlı razılığa gəlib? Hökumət niyə yayındırıcı cavablar verir?
- O haqda şübhələr yaranır ki, İlham Əliyevlə Paşinyan arasında daha bir razılıq var: Ermənistan Qarabağa iddiasından əl çəkir;
Bunlar iddia olsa da, istisna da deyil. Çünki Ermənistanın blokadadan çıxması, münasibətlərin normallaşması üçün Azərbaycanın ərazi bütövlüyünü tanıması, Qarabağa iddiadan əl çəkməsi şərtdir. İndiki halda Paşinyanın bunu daxili auditoriyaya qəbul etdirməsi çətindir. Mümkündür ki, Bakı Nikol hakimiyyətinə vaxt tanıyır və İrəvanın erməni ictimaiyyətinə hesablanmış “status” və digər iddialarına göz yumur.publika.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 25-02-2021 11:58
Baxış sayı: 3349Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























