Reklam
Bu gün İsgəndər Həmidovun vəfatından bir il ötür
26-02-2021 17:12
Milli-azadlıq hərəkatının öncüllərindən biri, Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun vəfatından bir il ötür.Dalidag.az xəbər verir ki, ötən ilin bu günü - 26.02.2020-ci il tarixdə sağalmaz yaramız olan Xocalı faciəsinin 28-ci ildönümünü qeyd edən xalqımız səhəri daha bir acı xəbərlə açdı. Böyük İsgəndər Həmidovun vəfatı xəbəri sevənlərini çox kədərləndirdi. Uzun müddət xəstə olmasına baxmayaraq, hər kəs sağalacağına ümidli idi. Ona görə də heç kim bu xəbərə inanmaq istəmirdi.
Qeyd edək ki, İ.Həmidov 2020-ci il yanvar ayının 24-dən koma vəziyyətinə düşmüş və süni tənəffüs aparatına qoşulmuşdu. O əvvəlcə Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə, sonradan isə “Bakı City Hospital”a köçürülmüşdü.
Xatırladaq ki, İ.Həmidov 1948-ci ilin oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. İqtisadiyyat və hüquq sahələri üzrə iki ali təhsil alıb. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb. 1988-ci ildə başlanan Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olub.
İ. Həmidov Sulutəpə qəsəbəsində yerləşən Çiçək yaşayış sahəsinin qəbiristanlığında torpağa tapşırılıb. O, mərhum həyat yoldaşının məzarı yanında dəfn olunub.
Çox təəssüf ki, İsgəndər Bozqurda uğrunda can verməyə hazır olduğu, mücadilələr apardığı müqəddəs yurdu Kəlbəcərə qovuşmaq nəsib olmadı.
Allah rəhmət eləsin, ruhu şad olsun!
Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 26-02-2021 17:12
Baxış sayı: 3553Yazı axını
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30








.jpg)



















