Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndindən videogörüntülər hazırlayıb. Dalidag.az həmin görüntüləri təqdim edir.

Azərbaycan xalqına, Kəlbəcər elinə ağır itki üz verib. İqtisad elmləri doktoru, professor Sərdar Süleyman oğlu Abdullayev dünyasını dəyişib. Azərbaycan diasporunun layiqli təmsilçilərindən olan Sərdar Abdullayev 1951-ci ildə Kəlbəcər rayonunun Yanşaq kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra təyinatla Kalinin vilayətinə göndərilmişdir. Uzun illər “Kalininqrajdanstroy” Vilayət İstehsalat Birliyinin rəisi vəzifəsinə qədər məsul vəzifələr tutmuş, 1993-cü ildən

“Cənab Prezidentin sərəncamı ilə “Qarabağ Dirçəliş Fondu”nun yaradılmasında əsas məqsəd işğaldan azad edilmiş torpaqların yenidən bərpası, abadlıq-quruculuq işlərinin qısa zaman kəsiyində həyata keçirilməsinə dəstək verməkdir. Eyni zamanda, dünya azərbaycanlılarını bu prosesə qoşmaqdır”. Kəlbəcər rayonundan olan millət vəkili Aqil Məmmədov “Qarabağ Dirçəliş Fondu”nun yaradılmasına münasibət bildirərkən belə deyib. Millət vəkli 2021-ci ildə işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı

Sərdar Abdullayev Əziz soydaşlarım, bu gün aldığım kədərli xəbər məni hədsiz dərəcədə sarsıtmışdır. Dərin təəssüf hissi ilə bildirirəm ki, Azərbaycan diaspor hərəkatına, eləcə də Kəlbəcər rayonu ictimaiyyətinə ağır itki üz vermişdir. Hamımızın yaxşı tanıdığı, böyük rəğbət bəslədiyi, iqtisad elmləri doktoru, professor Sərdar Süleyman oğlu Abdullayev 70 illik yubileyinə cəmi bir neçə gün qalmış dünyasını dəyişmişdir. Abdullayev Sərdar Süleyman oğlu 1951-ci il yanvarın 21-də Kəlbəcər rayonunun

Dalidag.az xəbər verir ki, Rusiyanın Tver vilayətindəki Azərbaycan diasporunun rəhbəri Sərdar Abdullayev dünyasını dəyişib. Onun bir müddət əvvəl xəstəxanada koronavirusdan müalicə olunduğu bildirilir. Qeyd edək ki, Sərdar Süleyman oğlu Abdullayev 1951-ci il Kəlbəcər rayonunun Yanşaq kəndində anadan olub. 1973-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) “Hidromeliorasiya işlərinin mexanikləşdirilməsi” ixtisası üzrə bitirəndən sonra

Ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Dalidag.az bildirir ki, bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Eyni zamanda, mənim göstərişimlə Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarılır. Düzdür, orada relyef çox çətindir və demək olar ki, ərazilərin mütləq əksəriyyəti dağlıq ərazilərdir. Orada düz yer tapmaq

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Otaqlı kəndindən videogörüntülər yayıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov iki şöbə müdirini işdən çıxarıb. Dalidag.az unikal.org-a istinadən bildirir ki, F.Qürbətovun əmri ilə, Biləsuvar RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zakir Şahbazov və hüquq şöbəsinin müdiri Şahin İsgəndərov tutduqları vəzifədən azad olunublar. Hələlik onların yerinə təyinat yoxdur. Qeyd edək ki, hər iki vəzifəli şəxs Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həbs etdiyi Biləsuvar rayonunun sabiq

Qarabağ qazisi müalicə olunduğu hospitalda intihar edib. Tərtərin Talış kəndi istiqamətində gedən döyüşlərdə yaralanan, Kəlbəcərin Zəylik kəndindən olan Vüsal Eldar oğlu Musayev bu gün özünə qəsd edib. O gərgin döyüşlər nəticəsində kəllə-beyin travması almışdı. Qazinin 2 azyaşlı körpəsi var. Bildirilir ki, Vüsalın ailəsi Goranboy rayonunun Börü kəndində məskunlaşıb. Qeyd edək ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Dalidag.az

Bakı-Xırdalan-Sumqayıt qatarının fəaliyyətini bərpa edəcəyi tarix bəlli olub. Dalidag.az bildirir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə əlaqədar sökülərək yenidən yenisi ilə əvəzlənən Xırdalan dairəsindəki dəmir yolu körpüsündə işlər yanvarın 20-dək yekunlaşacaq: “Mövcud dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün yenisi
Yazı axını
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024