Reklam
"Sərdar Abdullayevin xatirəsi daim əziz tutulacaq" - Aqil Məmmədov
08-01-2021 10:59

Azərbaycan xalqına, Kəlbəcər elinə ağır itki üz verib. İqtisad elmləri doktoru, professor Sərdar Süleyman oğlu Abdullayev dünyasını dəyişib.
Azərbaycan diasporunun layiqli təmsilçilərindən olan Sərdar Abdullayev 1951-ci ildə Kəlbəcər rayonunun Yanşaq kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra təyinatla Kalinin vilayətinə göndərilmişdir. Uzun illər “Kalininqrajdanstroy” Vilayət İstehsalat Birliyinin rəisi vəzifəsinə qədər məsul vəzifələr tutmuş, 1993-cü ildən ömrünün sonuna kimi “Tverqrajdanstroy” Tikinti Şirkəti Qapalı Səhmdar Cəmiyyətinə rəhbərlik etmişdir.
Yaşadığı bölgənin ictimai həyatında fəal iştirak etmiş S.Abdullayevin həmçinin, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında da özünəməxsus xidmətləri olmuşdur. Çoxşahəli fəaliyyətinə görə S.Abdullayevə “Rusiya Federasiyasının Əməkdar İnşaatçısı”, “Rusiyanın Fəxri İnşaatçısı” fəxri adları, “Dostluq” ordeni, 2006-cı ildə Azərbaycan Prezidentinin Fərmanı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Təəssüf ki, doğma Kəlbəcəri yenidən ayaq basmaq Sərdar Abdullayevə nəsib olmadı...
Azərbaycanın, Kəlbəcərin fəxri Sərdar Abdullayevin əziz xatirəsi daim yaşayacaq.
Allah rəhmət eləsin!
Aqil Məmmədov,
Milli Məclisin deputatı
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 08-01-2021 10:59
Baxış sayı: 3833Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























