Reklam
Aqil Məmmədov : “Qarabağ Dirçəliş Fondu” dünya azərbaycanlılarının birlik fonduna çevrilməlidir”
08-01-2021 10:51

“Cənab Prezidentin sərəncamı ilə “Qarabağ Dirçəliş Fondu”nun yaradılmasında əsas məqsəd işğaldan azad edilmiş torpaqların yenidən bərpası, abadlıq-quruculuq işlərinin qısa zaman kəsiyində həyata keçirilməsinə dəstək verməkdir. Eyni zamanda, dünya azərbaycanlılarını bu prosesə qoşmaqdır”.
Kəlbəcər rayonundan olan millət vəkili Aqil Məmmədov “Qarabağ Dirçəliş Fondu”nun yaradılmasına münasibət bildirərkən belə deyib.
Millət vəkli 2021-ci ildə işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı quruculuq işlərinin aparılacağını bildirib: “Quruculuq işləri ilə bağlı bu ilin dövlət büdcəsində böyük məbləğdə vəsait nəzərdə tutulub. Həmçinin, ölkə Prezidenti son çıxışlarında da böyük quruculuq işlərinin anonsunu verdi. Artıq, bir sıra rayonlarda tikiləcək obyektlər, yol çəkilişləri, dəmir yolla bağlı konkret planlar ortadadır. Dövlət işğaldan azad edilmiş ərazilərimizə həyatın tezliklə qayıtması üçün hər şeyi etməyə çalışır. Bununla belə, bu prosesə vətəndaşların, xaricdə yaşayan soydaşlarımızın, eyni zamanda, Azərbaycana dost olan dövlətlərin, xalqların dəstəkləri də cəlb olunmalıdır. Bütün bu dəstəklərin bir mərkəzdən korrdinasiya edilməsi üçün yaradılmış Fond olduqca zəruridir”.
A.Məmmədovun sözlərinə görə Fondun effektiv fəaliyyətində ərazisi işğaldan azad edilmiş rayonların sakinləri, xüsusilə bu rayonlardan olub xaricdə yaşayanlar daha fəal olmalıdırlar: “Fonda dəstək vermək təkcə oraya ianə bağışlamaq demək deyil. Hər cür iqtisadi perspektivlərə malik olan ərazilərimizə investisiya qoymaq, iş fəaliyyətini bərpa etmək də, rayonlarımızda məskunlaşmaya ciddi təsir göstərəcək. Bu baxımdan, Azərbaycan Prezidentinin başçılığı ilə rayonlarımızda aparılacaq dirçəliş və quruculuq işlərində imkanı olan hər bir soydaşımız yer almalıdır. “Qarabağ Dirçəliş Fondu” dünya azərbaycanlılarının birlik fonduna çevrilməlidir””.
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 08-01-2021 10:51
Baxış sayı: 3351Yazı axını
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30








.jpg)



















