Kəlbəcər rayonunda Koronavirusa (COVİD-19) qarşı vaksinləşmə prosesinin daha mütəşəkkil şəkildə həyata keçirmək məqsədi ilə Operativ Qərargahın iclası keçirilib. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilməsindən sonra Kəlbəcər rayonun xidməti ərazisində Koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinləşmə prosesini əhali arasında uğurla həyata keçirmək,

Kəlbəcər rayon Təhsil Şöbəsinə yeni müdir təyin edilib. Dalidag.az -ın əldə etdiyi məlumata görə, bir-neçə gün əvvəl İsmayıl Məhəmmədov Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, yeni şöbə müdiri buna qədər rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsində çalışıb. Lənkəran Dövlət Universitetində təhsil alıb. İ.Məhəmmədov haqqında internet resurslarında geniş məlumat yoxdur. Dalidag.az

Kəlbəcər rayon ictimaiyyəti Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad edib. Dalidag.az -ın məlumatına görə, respublikamızın hər yerində olduğu kimi Kəlbəcər rayonundan da, Xocalı faciəsi qurbanlarının əziz xatirəsi dərin hüznlə yad edilmişdir. Belə ki, rayonda fəaliyyət göstərən YAP Kəlbəcər Rayon Təşkilatında, Kəlbəcər Rayon Təhsil Şöbəsində, Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında, Aşıq Şəmşir adına mədəniyyət evində, Kəlbəcər Rayon Statistika İdarəsində, Kəlbəcər Rayon Suvarma

Milli-azadlıq hərəkatının öncüllərindən biri, Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun vəfatından bir il ötür. Dalidag.az xəbər verir ki, ötən ilin bu günü - 26.02.2020-ci il tarixdə sağalmaz yaramız olan Xocalı faciəsinin 28-ci ildönümünü qeyd edən xalqımız səhəri daha bir acı xəbərlə açdı. Böyük İsgəndər Həmidovun vəfatı xəbəri sevənlərini çox kədərləndirdi. Uzun müddət xəstə olmasına baxmayaraq, hər kəs sağalacağına ümidli idi. Ona görə də heç kim bu xəbərə inanmaq

Döyüşçünün haqqını yeyən mətbuat, maliyyə, deputat “döyüşçülər” Qarabağ bölgəsində xidmət edən hərbi qulluqçulara təminat xərcliyinin məbləğinin ikiqat ödənilməsindən imtina edilməsinin günümüzün başlıca qonusu olması mübahisə doğurmur. İqtidar yetkililəri sözügedən imtinanı Qarabağın artıq döyüş bölgəsi olmaması ilə izah edirlər. Fikrimizcə, düzgün yanaşma və ağlabatan, məntiqli izah deyil. Ən azı, Qarabağda xidmət keçən Vətən keşikçilərinin gecə-gündüz əlləri tətikdə, ayaqları “minalarda”,

Sosial obyektlər və yaşayış binalarının enerji və su təchizatı sistemlərinin bərpası üçün 25 “KamAZ” markalı hərbi maşın və onları müşayiət edən nəqliyyat vasitələrindən ibarət Humanitar Reaksiya Mərkəzinin 4-cü rus karvanı Kəlbəcər bölgəsinə 180 tondan çox yük (elektrik avadanlığı, gücləndirilmiş beton konstruksiyalar və tikinti materialları) çatdırıb. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib. Qeyd olunub ki, Rusiya sülhməramlı kontingenti 2020-ci ilin noyabrından

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Şəfiyev Daşqın Hidayət oğlunun ailəsini ziyarət edib. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev ilk öncə şəhid Şəfiyev Daşqının məzarını ziyarət edib, məzarı üstə tər qərənfilər düzüb, şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra rayon rəhbəri şəhidin böyüyüb boya-başa çatdığı evində olub, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Daşqın Şəfiyevə Allahdan rəhmət, ailə üzvlərinə isə səbr diləyib.

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində təlim- tərbiyə prosesi ilə tanış olub. Nazirlər Kabibeti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejiminin yumşaldılmasından sonra Kəlbəcər rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində (körpələr evi- uşaq bağçalarında) təlim-tərbiyə prosesinin başlanması üçün bütün lazımi hazırlıq işləri görülüb. Nazirlər Kabinetinin müvafiq qərarının

Ölkə rəhbəri tərəfindən Agentliyə azad olunmuş torpaqlarımıza aparan yolları qısa müddətdə bərpa ermək tapşırığı verilib. Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə bildirib. O qeyd edib ki, hazırda Kəlbəcərə yeni yol çəkilişinin layihələndirilməsi aparılır: "Cənab Prezident rayonun işğaldan azad olunan günü gözləmədən bizə

Gənc olmasına rəğmən ədəbi mühitdə çox yaxşı tanınan, möcüzə diyar Kəlbəcərin igid oğlu Eyvaz Əyyub günüdür bu gün. Tanrı onu söz dünyasının sakini etməklə mükafatlandırıb. Kəlbəcərdən bir neçə aylığında çıxan E. Əyyub oraları görməsə belə, yurdunu ruhunda, şeirlərində yaşadıb. Şərəfli bir peşənin sahibi olaraq da hörmət sahibidir. Müəllimdir, orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edir. Ümumiyyətlə, Eyvaz istedadlı, savadlı, fəal gəncdir. Tədris etdiyi fənn üzrə müəllifi
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024