Reklam

Dəmir Yollarına rəhbərlik həmyerlimizə həvalə edildi
26-05-2022 13:55

Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə müvəqqəti rəhbərlik edəcək şəxs müəyyənləşib.
Dalidag.az-ın xəbərinə görə, bu, Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovdur.
Bu barədə “gününsesi.info" məlumat yayıb. Qeyd edək ki, ADY-nin rəhbəri Cavid Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunduğundan bu vəzifə boş qalıb.
Bu barədə “gününsesi.info" məlumat yayıb. Qeyd edək ki, ADY-nin rəhbəri Cavid Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunduğundan bu vəzifə boş qalıb.
Vurğulayaq ki, H.Valehov 1968-ci ildə anadan olub, Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirib, texniki elmlər namizədidir.
1985-2007-ci illərdə Kəlbəcər rayonu Sığorta Müfəttişliyi, “Azəravtoyol” Dövlət Şirkətinin 1 saylı Yol Təmir Tikinti İdarəsi, Yol Fondu İdarəsi, “Elm-İstehsalat Mərkəzi” və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentində müxtəlif vəzifələrdə çalışıb.
2007-2015-ci illərdə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini olub.
2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
“Tərəqqi” medalı, “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı və “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edilib.
Ailəlidir, iki övladı var.
Dalidag.az



Yazı axını
08 / 08 / 2025
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
Ən çox oxunanlar
08-08-2025 19:24

01-08-2025 13:57
