Reklam
İşğaldan azad olunan ərazilərimizə gedişlə bağlı yersiz qadağalar aradan qaldırılmalıdı
31-05-2022 10:06
Bu günlərdə öz arı təsərrüfatını Kəlbəcərə aparan soydaşımızın avtomobili portal vasitəsi ilə qeydiyyatda olmadığı üçün Göygöl rayonu Toğanalı nəzarət-buraxılış məntəqəsində saatlarla saxlanılmışdır.
Daxili İşlər Nazirliyinin qaynar xəttinə edilən zənglərdən sonra avtomobilin hərəkətinə icazə verilmişdir. Məsafənin uzaq olmasını nəzərə alsaq saatlarla havasız qalan arı pətəklərinin vəziyyətini təsəvvür etmək o qədər də çətin deyildir. Bu barədə çox istədim ki, yazmayım, amma mümkün deyil. Kimsə bunu yazmalı, işıqlandırmalıdır. Bu gün işğaldan azad edilən ərazilərə gedən, öz təsərrüfatlarını aparan vətəndaşlarımızın qeydiyyatı aparılır, portal vasitəsi ilə qeydiyyatı olan şəxslərin doğma yurdlarına gedişinə icazə verilir. Birmənalı olaraq qeydiyyat məsələsini alqışlayıram. Uzun illər yağı tapdağında olan yurd yerlərimizdə baş verə biləcək təxribat və erməni diversantlarının təhlükə törətmə ehtimalının hələ də aktual olduğunu nəzərə alsaq. Atılan qabaqlayıcı addımları, təhlükəsizlik tədbirlərini normal qarşılamaq olar. Məni narahat edən məsələ bu gün nəzarət buraxılış məntəqələrində Covid-19 pasportunu tələb etmək və avtomobil nəqliyyatı vasitələrinin icazə alınması, portal vasitəsi ilə qeydiyyatının tələbidir. Axı, bu insanlar açıq havada, təbiət qoynunda təsərrüfatı ilə məşğul olacaq. Konsert salonlarına, digər qapalı məkan, əyləncə və istirahət mərkəzlərinə getmirlər. Belə olduğu halda, Covid-19 pasportu tələbi nə dərəcədə düzgündür? Bildiyimiz kimi, bu gün Kəlbəcər və Laçın rayonuna hər hansı avtobus və yaxud digər xüsusi sərnişindaşıma mövcüd deyildir. Oralara gedən vətəndaş şəxsi avtomobili ilə yollanır. Yollarda hərəkət edən avtomobillərin qeydiyyatı ərazilərdə yerləşən polis postlar tərəfindən yerində qeyydiyata alınsa daha məqsədəuyğun olar. Avtomobillərin portal oyunu, Covid-19 pasportunun tələbi kimi gülüş doğuran, mənasız yerə tətbiq edilən qadağalar ləğv edilməlidir. Nəzərə almaq lazımdır ki, işğaldan azad edilən ərazilərə gedən Azərbaycan vətəndaşlarının hamısının şəxsi avtomobili yoxdur. Kimi dostunun, kimi qohumunun, kimisi də taksi xidmətindən yararlanaraq gedir. Bu gün, bu yersiz qadağalar ucbatından bir çox insanlar həsrətlə gözlədiyi yurduna ziyarətini həyata keçirə bilmir. Tezliklə, bu sahəyə bir başa nəzarət həyata keçirən qurumlar hərəkətə keçməli, gərək olan qərarları qəbul etməlidirlər. Nəzərə alınmalıdır ki, bu yollarda əzab və əziyyət çəkənlər sadə vətəndaşlarımızdır...!!!
Rövşən HüseynliDalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 31-05-2022 10:06
Baxış sayı: 21 361Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























