Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonuna səfər ediblər. Dalidag.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər, “İstisu” Mineral sudoldurma zavodunun tikintisi ilə tanış olublar. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər barədə

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Yevlax rayonu, Malbinəsi kəndi, Malbinəsi kənd tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak etmişdir. RİH başçısı Azər

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Dəlidag.az -ın məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Ömər aşrımı hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mitsubishi" markalı minik maşını idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq dərəyə aşıb. Dərhal hadisə yerinə FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Kəlbəcər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Qəzada ölənlərin meyiti FHN-in əməkdaşları tərəfindən dərədən

Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanının ən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Ədibin dram əsəri özünəməxsusluğu ilə daim seçilir.

Laçın şəhəri nin 98 yaşlı sakini Nərgiz Xəlil qızı Əsədova 30 illik ayrılıqdan sonra doğma yurda qayıdıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Dalidag.az -a verilən məlumata görə, artıq bir aydan çoxdur ki, o, şəhərdəki bərpa olunmuş evində yaşayır. Laçını daha da abad görməsindən böyük sevinc və qürur hissi keçirir. Buradakı yeni həyatından, onlar üçün yaradılmış şəraitdən razılıq edən Nərgiz nənə dövlətimizin başçısı, cənab Prezident İlham Əliyevə minnətdarlıq

Avqustun 23-ü saat 23:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bu gün Gəncə şəhəri, Yeni qəsəbədə yerləşən Kəlbəcər rayon Uşaq incəsənət məktəbinin akt zalında Kəlbəcər rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı və Kəlbəcər rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Sağlam həyat naminə erkən nikaha və zərərli vərdişlərə YOX deyək!” devizi altında tədbir keçirildi. Dalidag.az xəbər verir ki, tədbirdə Ombudsman Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Faiq Mehdiyev,

Laçında “Hocazfilm” studiyası fəaliyyətə başlayır. Dalidag.az xəbər verir ki, bu barədə aktyor Azər Aydəmir Baku TV-yə açıqlamasımda məlumat verib. Laçın səfəri ilə bağlı təəssüratını bölüşən aktyor qeyd edib: “Laçın artıq kino çəkilişləri üçün ən ideal və əlverişli məkana çevrilməkdədir. Laçının təbiəti rejissorlara orada istənilən janrda filmlər, verilişlər çəkməyə şərait yaradır”. Studiyanın tanıtım videoçarxında çəkilmək üçün Laçına səfər etdiyini vurğulayan aktyorun sözlərinə görə,

Qarabağın erməni sakinlərinin Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi davam edir. Dalidag.az xəbər verir ki, buraxılış məntəqəsindən keçən erməni sakinlərdən biri jurnalistlərin sualına azərbaycanca cavab verib. Belə ki, jurnalistlər sözügedən şəxsə yaradılan şəraitdən razı olub-olmaması barədə sual ünvanlayıb. Həmin şəxs isə suala “Lap qəşəng” deyərək cavab verib. İctimai televiziyanın sözügedən hadisə ilə bağlı videomaterialını təqdim edirik: Dalidag.az

Avqustun 23-ü saat 02:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb
Yazı axını