Müdafiə Nazirliyi Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya qurğularının videogörüntülərini yayımlayıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

Lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən tərk edilmiş döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir, ərazidə kommunikasiya xətləri bərpa olunur. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, sentyabrın 29-da Tərtər və Ağdərə yaşayış məntəqələrini birləşdirən yol üzərindəki döyüş mövqeyi ləğv edilərək nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalıdan məcburi köçkün düşmüş sakinlərin bir qrupu ilə görüşüb. Komitədən Dalidag.az -a verilən xəbərə görə, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən və bu günlər Qarabağ iqtisadi rayonu ərazisində aparılan 1 günlük lokal antiterror tədbirlərindən sonra yaranan vəziyyət, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramında

Bu gün onun günüdür. O kəsin ki, Tanrının heç bir şeyi əsirgəmədiyi, əzəmətli dağların qucaqladığı, söz mülkünün belə daha çox kölgə saldığı möcüzə yurdda dünyaya göz açıb... Bəlkə ondandır xarakterinin möhkəmliyi, sarsılmazlığı. Bəlkə hafizəsinə hopmuş bal dadan bulaqların səsidi sözə çevirdiyi pıçıltılar. Bəlkə seçilmiş olduğu üçün mübarək məkanın qoynunda doğulmasına hökm verib Yaradan. Bəlkələr güman deyil əslində. Həqiqətin görünməyən, ancaq düşüncələrin iti tərəfiylə aydınlığa çıxan

Xəbər verdiyimiz kimi, Azərbaycanın daxili işlər orqanlarının qüvvələri Qarabağ bölgəsinin ən böyük şəhəri olan Xankəndiyə daxil olub. Dalidag.az xəbər verir ki, yayılmış son görüntülərdən birində isə Azərbaycan polisinin Xankəndinin girişində yerləşən “məşhur” abidə “Biz və bizim dağlar”ın önündə keşik çəkməsi əks olunub. Polis digər hüquq-mühafizə və təhlükəsizlik qurumları ilə birgə ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib. Həmin görüntüləri təqdim edirik: Dalidag.az

İnsan məqsədini, nə etmək istədiyini anlayanda, qarşısını kəsən bütün maneələrə baxmayaraq, tutduğu yolda mətin addımlarla irəliləyir. Sevdiyin, dəyər verdiyin, bütün varlığınla bağlı olduğun xalqına, millətinə xidmət göstərmək istəyi hər kəsin içində böyütdüyü sevgisi qədərdir. Hələ bu xidmət sözdən keçirsə, məsuliyyəti birə on artır. Onun görünməyən tərəfləri, bilinməyən ağırlıqlarını işin içində olanlar daha yaxşı bilir. Məram ucalığa yön almaqdırsa, missiyamıza addım-addım yaxınlaşdığımızı

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM HEYDƏR OĞLU ƏLİYEV CƏNABLARINA Kəlbəcər rayon Mollabayramlı kənd camaatı adından MİNNƏTDARLIQ HÖRMƏTLİ MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN! Biz Azərbaycan xalqının kiçik bir toplumu olan Kəlbəcər rayon Mollabayramlı kənd cammatı olaraq bu minnətdarlığı yazmağı özümüzə borc bildik. Sizin rəhbərliyiniz altında Azərbaycan xalqı bu tarixi günlərin qürurunu yaşayır. Bu qürur hissinin yaşanmasında qəhrəman oğullarımızı Şəhid versək də,

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Yevlax şəhəri, Pambıqçılıq zavodu ərazisi, Kəlbəcər rayon 85 saylı ümumi orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik-leytenant

Azərbaycanın Qarabağ bölgəsində yaradılan qondarma "Arstax respublikası" özünü buraxdığını elan edib. Dalidag.az xəbər verir ki, bu barədə qondarma qurumun "prezidenti "Samvel Şahramanyan qərar verib. Qərara uyğun olaraq, qondarma "respublikanın" bütün qurumları və təşkilatlarıləğv edilir.

Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 3 il öt Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və
Yazı axını