Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 16 iyun 2023-cü ildə Daşkəsən rayonu, Zəylik kəndi, Zəylik kənd Mədəniyyət evinin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar qəbul keçirib. Dalidag.az -ın xəbərinə görə, rayon sakinləri Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevə müraciət edərək kənd sakinlərinin 250 kilovat gücündə yeni transformatorun quraşdırılmasına ehtiyac

Azərbaycan bayrağını təhqir edən 3 erməni “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Dalidag.az xəbər verir ki, 2021-ci ildə Azərbaycan bayrağını təhqir edən şəxslərdən üç nəfəri saxlanılıb. Xatırladaq ki, 2021-ci ildə bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçuların Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılmışdı. Həmin zaman faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən

Azərbaycan sərhədçiləri “Laçın” sərhəd-buraxılış məntəqəsində daha bir erməni terrorçunu yaxalayıb. Dalidag.az xəbər verir ki, bu barədə “İnfoteka24” Teleqram kanalı məlumat yaxalanıb. Yaxalanan şəxsin 22 yaşında olduğu bildirilib. Hələlik, olayla bağlı rəsmi açıqlama yoxdur. Dalidag.az

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, avqustun 21-dən 27-dək-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 256, tank əleyhinə 92 mina və 71 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. 528,1 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Dalidag.az

82 yaşlı Qəribə nənə doğma yurda qayıdışın sevincini yaşayır Laçın rayonunun Zabux kəndinin 82 yaşlı sakini Qəribə Həsənova 30 illik ayrılıqdan sonra doğma yurda qayıdıb. Artıq bir neçə gündür ki, o, kənddəki yenidən tikilmiş evində yaşayır. Zabux kəndini daha da abad görməsindən böyük sevinc və qürur hissi keçirir. Buradakı yeni həyatından, onlar üçün yaradılmış şəraitdən razılıq edən Qəribə nənə dövlətimizin başçısı, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya
Yazı axını