Bayrağımızı təhqir edən 3 erməni “Laçın” postunda tutuldu
28-08-2023 15:20

Azərbaycan bayrağını təhqir edən 3 erməni “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
Dalidag.az xəbər verir ki, 2021-ci ildə Azərbaycan bayrağını təhqir edən şəxslərdən üç nəfəri saxlanılıb.
Xatırladaq ki, 2021-ci ildə bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçuların Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılmışdı.
Həmin zaman faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.
Qeyd edək ki, bundan öncə Teleqram kanallarında “Laçın” postunda Alen Sərksiyan adlı 22 yaşlı erməni terrorçunun yaxalanması ilə bağlı məlumatlar yayılıb.trend
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 28-08-2023 15:20
Baxış sayı: 4342Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















