Reklam

Avqustun 27-si saat 12:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Türkiyədə uzun müddət onkoloji xəstəlikdən müalicə olunan Azərbaycan Ordusunun zabiti, 1985-ci il təvəllüdlü tibb xidməti mayoru Rövşən Üzeyir oğlu Məmmədov vəfat edib. Dalidag.az bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Laçın şəhərinin mərkəzində, əsas küçəsində tramvay fəaliyyət göstərəcək. Dalidag.az xəbər verir ki, bu barədə AZTV-nin Laçına ezam olunmuş müxbiri Vüsal Məmmədov məlumat verib. Onun sözlərinə görə, Prezident İlham Əliyev Laçına səfəri zamanı şəhərin əsas küçəsində qurulmuş sərgi ilə tanış olarkən tramvaya da baxıb. Dövlət başçısı tramvayın küçə boyu işləməsilə bağlı tapşırıq verib. Dalidag.az
Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























