Avqustun 19-u saat 16:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Avqustun 19-u saat 16:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında uzunmüddətli fortifikasiya qurğularını hazırlamağa cəhd göstəriblər. Dalidag.az xəbər verir ki, bu barədə Globalinfo.az -a Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz

Erməni mediası bir neçə gündür Qafanda “atəş səsi eşidildiyi” haqda məlumat yayır. Dalidag.az xəbər verir ki, yerli sakinlər kiçikhəcmli təyyarələr üçün nəzərdə tutulan Qafan aeroportunda qalxıb-enən təyyarələrə “atəş açıldığını” iddia edirlər. Bildirilib ki, bu gün səhər saatlarında Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryan və Baş nazir aparatının rəhbəri Araik Arutyunyan Qafana gəlib. “Arovat” nəşri “yerli şahidə” istinadla yazıb ki, onların təyyarəsi Qafana enərkən yaxınlıqda

1993-cü ildə itkin düşən Hüseynov Əli Heydər oğlunun nəşi 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işləri aparılarkən tapılıb. Dalidag.az xəbər verir ki, bu barədə H. Əlinin qardaşı oğlu, jurnalist Tağı Kərimli (Tağı Türk) sosial media hesabında məlumat yayıb. O bildirib ki, əmisi bir neçə gün öncə Xocavənd rayonunun Edilli kəndi ərazilsindəki kütləvi məzarlıqda tapılıb. Dalidag.az
Yazı axını