Reklam
Ermənilər qorxuda: Qafanda “atəş səsləri” eşidirlər
19-08-2023 15:33

Erməni mediası bir neçə gündür Qafanda “atəş səsi eşidildiyi” haqda məlumat yayır.
Dalidag.az xəbər verir ki, yerli sakinlər kiçikhəcmli təyyarələr üçün nəzərdə tutulan Qafan aeroportunda qalxıb-enən təyyarələrə “atəş açıldığını” iddia edirlər.
Bildirilib ki, bu gün səhər saatlarında Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryan və Baş nazir aparatının rəhbəri Araik Arutyunyan Qafana gəlib. “Arovat” nəşri “yerli şahidə” istinadla yazıb ki, onların təyyarəsi Qafana enərkən yaxınlıqda atəş səsi eşidilib.
Ermənistan Təhlükəsizlik Şurasından isə bildirilib ki, onlarda hər hansı atəşlə bağlı heç bir məlumat yoxdur və belə hadisə olmayıb.
Xatırladaq ki, ermənilər iki gün əvvəl də guya azərbaycanlının sərhəddən Qafan aeroportu istiqamətində “2-3 dəfə” atəş açdığını bildirmişdi.
Belə görünür ki, ermənilər panikadadırlar, Qafanda hər təyyarə qalxıb-enəndə “atəş səsi” eşidirlər.
Təyyarənin “səsini batıran” AK atəşini necə “duyurlar”, bu artıq ermənilərə və erməni mediasına aid sualdır.axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 19-08-2023 15:33
Baxış sayı: 3219Yazı axını
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
Ən çox oxunanlar



























