Bu gün əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Göygöl rayonu, Çaykənd kənd mədəniyyət evində həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirmişdir. Dalidag.az xəbər verir ki, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının məsul

Yeni nəsil və gələcək üçün onların həyat yolu, igidlikləri, Vətənə fəda etdikləri gənc ömürləri əsl nümunədir... Zəmanəmizdə baş verən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Azərbaycan oğullarının qəhrəmanlıqlarla dolu ömür yolları həm də xalqımızın çağdaş tarixi deməkdir. Bu mənada yeni nəsil və gələcək üçün onların həyat yolu, igidlikləri, Vətənə fəda etdikləri gənc ömürləri əsl nümunədir... Hər zaman həmyaşıdlarından müsbət mənada seçilərək elinə-obasına faydalar verməyə çalışan

Qədimlərdən bu yana bəşəriyyət tarixində müharibələr öz məramına görə fərqlənib. Tarixin istənilən mərhələsində işğalçı savaşları lənətlənib. Hərbi təcavüzə, işğalçılara qarşı aparılan vətən müharibələri isə hər bir dövrdə dövlət və xalqın şərəf məsələsi sayılıb, ilahi ədalətin bərpa olunmasına yönəlib. İstər Birinci Qarabağ müharibəsi, istərsə də Aprel döyüşləri və 44 günlük Vətən müharibəsində Azərbaycan haqlı tərəf olub. Xalqımız öz doğma, ata-baba torpaqlarını müdafiə edib. Müzəffər

Yurd həsrəti ilə dünyadan köçənlərin sırasına bir kəlbəcərlimiz də qoşuldu. Daha bir kəlbəcərli ana doğma torpağını görmədən haqqın dərgahına qovuşdu. Dalidag.az xəbər verir ki, kəlbəcərli şair Əjdər Əslisafın anası vəfat edib. Bu barədə şair özü bildirib. O acısını kövrək sözlərlə belə ifadə edib: "Son dəfə əlini öpüb ayrıldım.., halallıq istədim, dilin olmasa da, əlimi sıxdın. Ömrünü bizim xoşbəxtliyimizə həsr edən, gül üzlü Anam, bu gündən sənsizik. Allah axirətini gözəl eləsin. Məkanın

Şəhid Azər Mikayılov haqqında xatirələr də bunu təsdiqləyir Vətən müharibəsinin zəfərlə bitən Qələbəsindən sonra tariximizin bu əlamətdar hadisəsi haqqında çox yazılıb, müzakirələr gedib, tədqiqatlar aparılıb, öyrənilib. Fəqət biz o möhtəşəm hadisədən zaman baxımından uzaqlaşdıqca tariximizin bu qızıl səhifələrinin yeni-yeni uğurlu tərəfləri üzə çıxır. Qəhrəmanlarımızın göstərdiyi igidlik, şücaət, mərdlik, hərb sənətində yenilik kimi qəbul olunan unikal metodlar haqqında hələ çox araşdırmalara,

Günümüzdə İkinci Qarabağ müharibəsində, 44 günlük Vətən savaşında vuruşaraq şəhid olmuş qəhrəmanlarımızın işıqlı obrazlarını yüksək estetik formalara cavab verən əsərlərdə yaratmaq, sənət – mədəniyyət vasitəsilə gənclərə, geniş ictimaiyyətə çatdırmaq ədəbi-mədəni sahənin peşəkarlarının, yaradıcı insanların əsas vəzifələrindən biridir. Qızıl hərflərlə Azərbaycan tarixində yeni səhifələr yazan qəhrəmanlarımız əbədi olaraq qəlblərdə, xalqın yaddaşında iz qoydular... Əslində insanlar elə şəxsləri

Bu gün 44 günlük müharibənin son günü düşmən pusqusuna düşərək şəhid olan Polkovnik- leytenant Rasim Abdullayevin anım günüdür. Rasim Abdullayev, Vətən müharibəsi tarixində şəhid olan ən yüksək rütbəli şəhid hərbi həkimdir. Hərbi orkestrin müşayiəti ilə dövlət himni səsləndirlib. Şəhidlərin xatirəsdi bir dəqiqəlik sükutla yad edilib. Şəhidin anım günündə ailəsi, yaxınları və dövlət rəsmiləri iştirak edib. Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov Rasim Abdullayevin vətənini

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfat etməsindən 84 il ötür. Dalidag.az xəbər verir ki, 57 illik həyatında millətinin və vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandıran Atatürkün adı Türkiyə və dünya tarixinə qızıl hərflərlə yazılıb. Atatürk 1881-ci ildə Selanikdə anadan olub. Təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi olan Mustafa Əfəndi Atatürkü sinifdəki digər Mustafadan fərqləndirmək üçün istedadlı

Bu gün Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətini anlayaraq kapitulyasiya aktını imzalamasından iki il ötür. Manevr.az xatırladır ki, işğalçı ölkə tərəfindən məğlubiyyət aktını Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. Belə ki, 2020-ci il sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda

Tanınmış şair Ramiz Məmmədzadə dünyasını dəyişib. Dalidag.az xəbər verir ki, Ramiz Məmmədzadə 1 yanvar 1937-ci ildə Ağdam rayonunda anadan olmuşdu. 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm", "Yaddaş" milli mükafatlaı laureatıdı. 1955-58-ci illərdə 1 saylı orta məktəbi, eləcə də Bakı dəmiryol məktəbini bitirmişdir. 1962-63-cü illərdə APİ-nin pedaqoji fakültəsində təhsilini davam etdirmiş, sonralar Abşeron rayonunun Saray kənd orta məktəbində müəllim işləmişdir. 1963-67-ci
Yazı axını