Yerini bərk elə, başına dönüm, İndi Göyçənindi sıra, Kəlbəcər... Elman Tovuz Kəlbəcərli dostlara Demə, nə fərqi var, vətən vətəndi, Nə olsun yazılıb hara "Kəlbəcər". Hər yerin başqadı bərəsi, bəndi, Bax bura Tovuzdu, ora Kəlbəcər. Daşı - cəvahirat, torpağı - bəhər, Haqqın işığıdır hər gülən səhər. Alxış eləməyə Dəlidağ yetər, Axı nə gərək var Tura, Kəlbəcər. Çəkilib həsrəti hər nübarının - Yazda çiçəyinin, qışda qarının. Otuz il gözləyən övladlarının Tapılır dərdinə çara, Kəlbəcər. Var olsun

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbin inzibati binasında,həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirmişdir. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, RİH başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH-in məsul əməkdaşları, RİH

Kəlbəcər rayonunun dəyərli ziyalılarından olan Əvəz Həsənovun ölümündən bir il keçdi. Əvəz Həsənov 1971-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuşdur. Beş yaşında olarkən özündən böyük dayısı Şaiq Başlıbel kənd orta məktəbinin birinci sinfinə gedərkən Əvəz ağlayıb dayısı ilə birlikdə məktəbə getmək isrədiyini bildirmiş, babası Yusif kişi onun sözünü yerə salmamış və məktəbə gətirmişdi. Sinif müəllimi Sona müəllimə onu böyük sevinclə qarşılamış.və ona xüsusi qayğı göstərmişdir.

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mirzəzadə Nurəddin Burhan oğlu ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, faktla bağlı araşdırma aparılır: “Hərbi qulluqçunun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirik. Allah rəhmət eləsin!”

Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb. Dalidag.az xəbər verir ki, hakim Ülviyyə Şükürovanın 26.11.2022-ci il tarixli qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət
Yazı axını