Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib. Azərbaycan

"Zəfər Günü" münasibətilə Milli Məclisin deputatı Aqil Məmmədov vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş Göygöl rayonu Murovdağ qəsəbəsində müvəqqəti məskunlaşmış, əslən Kəlbəcər rayon Seyidlər kənd sakinin şəhid Eldəniz Verdiyevin ailəsini ziyarət edib. Dalidag.az bildirir ki, millət vəkili Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi şəhidi Eldəniz Verdiyevin ailə üzvlərini 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib. Şəhidin ailə üzvləri ilə

Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da

8 noyabr-Zəfər Günü ilə bağlı Kəlbəcər rayonunda silsilə tədbirlər həyata keçirilməkdə davam edir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Kəlbəcər rayon Suvarma Sistemləri İdarəsində 8 noyabr-Zəfər Günü ilə bağlı tədbirlər keçirilmişdir. İdarənin əməkdaşları Göygöl rayon Murovdağ qəsəbəsində yerləşən Kəlbəcər şəhidlərinin abidə kompleksinin ziyarət edib şəhidlərin məzarları üzərinə gül dəstələri düzərək, ruhlarına dualar oxunub.Tədbirlərdə 44 günlük Vətən müharibəsindən bəhs edilərək,

Noyabrın 6-sı saat 19:35-dən 21:50-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Dalidag.az

Daxili İşlər Nazirliyinin hərbi qulluqçusu işğaldan azad edilmiş ərazidə xidmətdə olarkən piyada əleyhinə minaya düşüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, DİN-in bir hərbi qulluqçusu işğaldan azad edilmiş ərazidə xidmətdə olarkən piyada əleyhinə minaya düşüb və partlayış nəticəsində yaralanıb. Xəsarət almış hərbi qulluqçu dərhal xəstəxanaya yerləşdirilib. Dalidag.az

Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Dalidag.az xəbər verir ki, kəlbəcərli şəhid leytenant Ömər Muğan oğlu Şirinov “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub!

Arıçılıqda istifadə olunan avadanlıq və texnika “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”na daxil edilib. Dalidag.az -ın xəbərinə görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib. Beləliklə, təməl pətək emalı avadanlığı dəsti, avtomatlaşdırılmış bal doldurma-qablaşdırma avadanlığı dəst, tam avtomatlaşdırılmış 20 və 48 çərçivəlik balsüzən aparatlar və arı ailələrinin daşınması üçün qoşqu güzəşt tətbiq ediləcək texnikaların siyahısına daxil

Bu gün əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Xəzər rayonu, Mərdəkan Mədəniyyət Sarayında, həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirmişdir. Dalidag.az xəbər verir ki, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, RİH başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayonun idarə,

“Azərbaycan dövlətinin əsas prioriteti azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi və keçmiş məcburi köçkünlərin ata-baba yurdalarına qayıtmasıdır. Azad edilən ərazilərdə işlərin görülməsində ən böyük təhlükə minalarla bağlıdır”. Dalidag.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, indiyədək həmin ərazilərdə 267 Azərbaycan vətəndaşı minaların qurbanı olub: “Minaların
Yazı axını