Reklam
Deputat “Zəfər Günü” ilə əlaqədar kəlbəcərli şəhid ailəsini ziyarət etdi
08-11-2022 11:32

"Zəfər Günü" münasibətilə Milli Məclisin deputatı Aqil Məmmədov vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş Göygöl rayonu Murovdağ qəsəbəsində müvəqqəti məskunlaşmış, əslən Kəlbəcər rayon Seyidlər kənd sakinin şəhid Eldəniz Verdiyevin ailəsini ziyarət edib.
Dalidag.az bildirir ki, millət vəkili Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi şəhidi Eldəniz Verdiyevin ailə üzvlərini 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib. Şəhidin ailə üzvləri ilə həmsöhbət olub, mənəvi dəstəyini ifadə edib.
Görüş zamanı şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdiyini və daim onların hünərinin Azərbaycan xalqının yaddaşında yaşayacağını qeyd edib. Mərd oğullarımızın qəhrəmanlıqla dolu döyüş yolundan söhbət açan Millət Vəkili Azərbaycan dövlətinin, Azərbaycan xalqının öz şəhidlərinin xatirəsini daim yaşadacağına, onların adlarının yaddaşlarımızdan silinməyəcəyinə əminliyini ifadə edib. Aqil Məmmədov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərimizdən danışaraq torpaqlarımızın işğaldan azad olunmasında Azərbaycan oğullarının şücaətini yüksək qiymətləndirib. Şəhid ailələrinə, qazilərə dövlət qayğısından söhbət açan Aqil Məmmədov onlar tərəfindən qaldırılan istənilən problemə dövlət qurumları, vətəndaşlar və cəmiyyətimiz tərəfindən xüsusi həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.
Görüşdə Şəhidin ailə üzvləri onlara dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini vurğulayıb, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.
Bu cür görüşlər davam etdirilir.
Dalidag.az



Kateqoriya: Kəlbəcər
Tarix: 08-11-2022 11:32
Baxış sayı: 3403Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























