Reklam
Şəhid polkovnik-leytenant Rasim Abdullayevin anım mərasimi keçirildi - ŞƏKİLLƏR
10-11-2022 20:02

Bu gün 44 günlük müharibənin son günü düşmən pusqusuna düşərək şəhid olan Polkovnik- leytenant Rasim Abdullayevin anım günüdür. Rasim Abdullayev, Vətən müharibəsi tarixində şəhid olan ən yüksək rütbəli şəhid hərbi həkimdir.
Hərbi orkestrin müşayiəti ilə dövlət himni səsləndirlib. Şəhidlərin xatirəsdi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidin anım günündə ailəsi, yaxınları və dövlət rəsmiləri iştirak edib.
Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov Rasim Abdullayevin vətənini sevən bir insan olduğunu və işini sevərək gördüyünü nümunəvi hərbçi və eyni zamanda, gözəl şair olduğunu söyləyib. Deputat Rasmin Abduııayevin döyüşlərdə könüllü iştirak etməsini onun necə vətənsevər, cəsur insan olduğunu göstərdiyini bildirib. Şəhid ailələrinə dövlətin mənəvi, sosial dəstəklərinin sistemli xarakter aldığını bildirən millət vəkili qeyd edib ki, bu diqqət və qayğıdan heç bir şəhid ailəsi, heç bir qazi kənarda qalmayacaq.
Abşeron rayon İcra hakimiyyəti başçısının birinci müavini Gülnar Rəhimova şəhidin ailəsinə başsağlığı verərək, Abşeron rayonundan olan şəhid ailələrinə və qazilərə hər zaman dəstək olduqlarını onlara hər daim yaxından maraqlandıqlarını, onların hər zaman dəyərli olduqlarını bildirib.
Sonra ziyarət iştirakçıları üçün ehsan süfrəsi açılıb.







Eltac Zülfüqaroğlu/Turkustan.az
Kateqoriya: Kəlbəcər
Tarix: 10-11-2022 20:02
Baxış sayı: 3411Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
Ən çox oxunanlar





























