Şair Ramiz Məmmədzadə vəfat edib

09-11-2022 15:32

Tanınmış şair Ramiz Məmmədzadə dünyasını dəyişib.

Dalidag.az xəbər verir ki, Ramiz Məmmədzadə 1 yanvar 1937-ci ildə Ağdam rayonunda anadan olmuşdu. 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm",  "Yaddaş" milli mükafatlaı laureatıdı. 1955-58-ci illərdə 1 saylı orta məktəbi, eləcə də Bakı dəmiryol məktəbini bitirmişdir. 1962-63-cü illərdə APİ-nin pedaqoji fakültəsində təhsilini davam etdirmiş, sonralar Abşeron rayonunun Saray kənd orta məktəbində müəllim işləmişdir. 1963-67-ci illərdə Azərbaycan LKGİ Abşeron rayon komsomol komitəsində şöbə müdiri, katib, 1967-68-ci illərdə Azərbaycan KP Abşeron Rayon Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, 1970-1992-ci illərdə Azərbaycan KP MK Siyasi maarif evində məsləhətçi vəzifələrini icra edən Milli Yaradıcılıq Akademiyasının filologiya doktoru, eyni zamanda 1993-2000-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində böyük referent kimi çalışmışdır. 1968-70-ci illərdə Bakı Ali partiya məktəbində təhsil alan R.Məmmədzadə 1991-ci ildə Bakı şəhər Sovetinin deputatı seçilmişdir.
Ədəbi yaradıcılığa 1960-cı ildə "Bakı" qəzetində dərc olunmuş "Milyon ananın övladı" adlı ilk şeiri ilə başlamışdır. "Canpolad əfsanəsi" adlı kitabını Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayeva həsr etmişdi. "Həmişə sən gələsən" (1978); "Vaxtında açsaydı qönçələr" (1964); "Xatirə bulağı" (1978); "Mühüm partiya işi" (1974); "Qeyrət günü" (1991); "O gecə (20 yanvar)" (1990); "Canpolad əfsanəsi" (1994); "İşıq günü" (2007); "Zirvə" (2009) adlı kitabların müəllifidir.

Allah rəhmət eləsin! 


Kateqoriya: Sosium
Tarix: 09-11-2022 15:32
Baxış sayı: 4179
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını