Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan yeddi hərbi qulluqçumuzdan biri də kiçik çavuş Əliyev Natiqdir. Dalidag.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, şəhidimiz sanitar-təlimatçı olub. O, iki gün öncə gedən döyüşlərdə yaralı hərbçimizi təxliyyə edən zaman şəhidlik zirvəsinə ucalıb. Belə ki, təxliyyə zamanı düşmən beynəlxalq hüququn normalarını pozaraq, Natiq Əliyevin içində olduğu sanitar maşınını atəşə

Erməni KİV-ləri sərhəddə dünən baş verən toqquşmada guya Azərbaycan əsgərinin əsir götürüldüyünü iddia ediblər. Dalidag.az xəbər verir ki, düşmən təbliğat maşını yalanını həqiqət kimi sırımaq üçün hətta “əsirin fotosu”nu da yayıb. Qısa araşdırmadan sonra isə bəlli olub ki, fotosu yayılan əsgər Anar Hidayət oğlu Əliyevdir. O, 44 günlük Vətən müharibəsi zamanı yaralanaraq, əsir düşüb və əsirlər dəyişdirilərkən, ölkəmizə qaytarılıb./axar.az Dalidag.az

B u hekayə yazılmayacaq. Yaşanıldığı kimi qalacaq. İkimizin yaddaşında. Bitməyəcək, sonu yoxdur. Heç əvvəli də olmayıb. Nə vaxt başladı, haçan bitəcək, bilmirəm. Yaşamaq da olmur onu. Qismət deyil. Bəs nədən yarandı, hardan gəldi... taleyin də xəbəri yoxdur. Olsaydı qoymazdı gəlməyə. Hardasa ayrı-ayrı məkanlarda ruhən, qəlbən yaxın, bir-biri üçün yaradılmış iki şəxs olur. Amma yolları heç vaxt kəsişmir. Ya heç rastlaşmırlar, ya da yanlış zamanda qarşılaşırlar. Bir-biri üçün "oddan təhlükəli"

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Avropa İttifaqının Azərbaycanda yeni təyin olunmuş nümayəndəsi Peter Mixalko ilə görüşüb. Dalidag.az - ın məlumatına görə, Peter Mixalkonu ölkəmizdə yeni və vacib vəzifədə fəaliyyətə başlaması münasibətilə təbrik edən Dövlət Komitəsinin sədri ona işlərində uğurlar arzulayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasətinin əsas

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun aşağıda adları göstərilən hərbi qulluqçuları şəhid olub. Dalidag.az Müdafiə Nazirliyinə istinadla şəhidlərin adlarını təqdim edir: - leytenant Niftəliyev Ümüd Oruc oğlu; - gizir Cabbarov Orxan Hətəm oğlu; - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu; - əsgər Ağayev Elçin Mərifət oğlu; - əsgər Əlizadə Elmin Samir oğlu; -

Bu gün – noyabrın 17-i Azərbaycanda Milli Dirçəliş Günüdür. Dalidag.az xatırladır ki, bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan "Azadlıq”da (keçmiş Lenin meydanı-red) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı.

Terrorçuluqda ittiham olunan iki erməninin cinayət işi üzrə ibtidai istintaq sona çatıb. Dalidag.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Elmin Rüstəmovun icraatına verilib. Məhkəmə qarşısına çıxarılacaq Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin Cinayət Məcəlləsinin 214.2.3-cü (terrorçuluq odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə

Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir. Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq.

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir. Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11:00 radələrində qəfil hərbi əməliyyata başlayıb. Basarkeçər və Qarakilsə
Yazı axını
 
 
 
29 / 04 / 2024