Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov vəfat edib. Dalidag.az xəbər verir ki, bu haqda mərhumun yaxınları bildirib. Məlumata görə, 50 yaşlı təşkilat sədri ürək tutmasından vəfat edib. Qeyd edək ki, Ə.Həsənov əslən Kəlbəcər rayonundandı. Allah rəhmət eləsin! Dalidag.az

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov kəlbəcərlilərə müraciət edib. Dalidag.az -ın məlumatına görə, müraciətdə deyilir: "Əziz kəlbəcərlilər, bacılarım, qardaşlarım. Bu gün xalqımız Zəfər gününü - Kəlbəcər rayonunun işğaldan azad edilməsinin ildönümünü qeyd edir. Bu şanlı qələbəmiz münasibətilə hər birinizi bağrıma basıram. Bu qələbə sevincini bizə yaşadan möhtərəm cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə sonsuz ehtiramımızı və

Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Bioloji, humanitar və ictimai elmlər şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Dürdanə Rəhimzadə kamilinfo.net saytının qonağı olub. Dalidag.az D.Rəhimzadənin sayta müsahibəsini təqdim edir: – Dürdanə xanım, lüğətlərimizin vəziyyəti haqqında nə deyə bilərsiniz? – İlk növbədə ana dilimizlə bağlı bir vətəndaş, bir dilçi kimi bizi narahat edən məsələlərdən danışmaq imkanı üçün Sizə öz təşəkkürümü bildirmək istərdim.

Kəlbəcər həsrəti ilə dünyadan köçənlərin sırasına bir ana da qoşuldu. Dalidag.az xəbər verir ki, saz-söz sənətinin azman nümayəndəsi, Miskin Abdal, Ağdabanlı şair Qurban nəslinin davamçısı, Kəlbəcərdə aşıq yaradıcılığı ənənəsinin sütunu sayılan Dədə Şəmşir ocağına ağır itki üz verib. Belə ki, bu gün Dədə Şəmşirin qızı Şükufə Şəmşir qızı vəfat edib. Məlumata görə, mərhumə Göygöl rayonunda torpağa tapşırılıb. Allah rəhmət eləsin! Dalidag.az

Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəisi, general-mayor Arşak Karapetyanın bir sıra absurd və primitiv təxribatları ötən ilin noyabrında üçtərəfli sülh sazişinin imzalanmasından sonra regionda bərqərar olmuş sülhün nə qədər kövrək olduğunu göstərdi. Ermənistan tərəfindən ilkin razılaşmaların bəndlərinin gecikdirilməsi, sonra isə yerinə yetirilməməsi (hansı ki, münaqişədən sonrakı dövrdə uzunmüddətli qarşıdurmanın davamlı regional sülhə çevrilməsi üçün bir növ transformatora çevrilməli idi)

Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları keçmiş Əsgəran rayon sakinlərinə humanitar yardım ediblər. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Əsgəran rayon sakinlərinə ümumi çəkisi 1 tona yaxın humanitar yük - ayaqqabı, geyim və məişət əşyaları, həmçinin 1-5-ci sinif şagirdləri üçün məktəb dəstləri təhvil verilib. Dalidag.az

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Dalidag.az xəbər verir ki, məlumatda deyilir. "Azərbaycan Respublikası humanizm prinsiplərini növbəti dəfə əsas tutaraq 26 noyabr 2021-ci il tarixdə 2 nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib. Sözügedən şəxslərdən biri 16 noyabr 2021-ci il tarixdə Ermənistanın təxribatları nəticəsində dövlət sərhədində baş vermiş döyüş əməliyyatları zamanı yaralı vəziyyətdə saxlanılan
Yazı axını