"Ötən ilin əvvəlində Qarabağ iqtisadi rayonunda əhalinin sayı 900,3 min nəfər olub ki, bu da ölkənin ümumi əhalisinin 8,94%-ni təşkil edir". Dalidag.az xəbər verir ki, bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov deyib. "Qarabağ iqtisadi rayonunun demoqrafik inkişafı və yenidən məskunlaşmasının prioritet istiqamətləri” mövzusu üzrə aparılan tədqiqatın nəticələrini açıqlayan alim qeyd edib ki, 1979-cu ildən sonra ərazidə kənd əhalisinin payının yüksək

Haqq və Ədalət Partiyasının sədri, sabiq səhiyyə naziri Əli İnsanov Bakıda getdiyi toya buraxılmayıb. Dalidag.az xəbər verir ki, Ə.İnsanov noyabrın 27-də Xətai rayonunda yerləşən şadlıq sarayında keçirilən toyda iştirak etmək istəyib. Siyasi fəal İlkin Rüstəmzadənin bacısının toyuna gedən Əli İnsanovun yoxlama zamanı vaksin olunmadığı məlum olub. Qanunvericiliyə uyğun olaraq, Ə.İnsanov restoran inzibatçısı tərəfindən toyun keçirildiyi zala buraxılmayıb və geri qaytarılıb. (demokrat.az)

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun İstibulaq kəndindən videogörüntülər yayıb. Dalidag.az görüntüləri təqdim edir:

Füzuli rayonunda minaya düşən Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçularının son durumu açıqlanıb. Dalidag.az xəbər verir ki, Daxili Qoşunların hərbi qulluqçuları - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadənin ayaqlarından biri amputasiya edilib. Hazırda hər iki şəxsin vəziyyəti stabildir. Qeyd edək ki, DİN Daxili Qoşunların hərbi qulluqçuları - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə

Əliyev Rəisi ilə görüşdü və Azərbaycan-İran-Türkmənistan qaz mübadiləsinə dair üçtərəfli saziş imzaladı: sazişə əsasən Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndərəcək; 2 milyard kubmetr qaz beynəlxalq qaz bazarı üçün o qədər də böyük olmasa da, burada Bakının strateji gedişi xüsusilə diqqət çəkir. Birincisi, türkmən qazı Avropa bazarına ayaq açır: Azərbaycana göndərilən türkmən qazı böyük ehtimalla Türkiyəyə satılacaq. Hərçənd, bu uzun illərdir Rusiya və
Yazı axını