Dünən, noyabrın 9-da Zəngəzurdakı Qaragöl ətrafında vəziyyət yenə gərginləşib. Ermənistan mediasının və sosial şəbəkələrin erməni seqmentinin yaydığı "məlumat"lara, daha doğrusu, aşkar və primitiv dezinformasiyalara görə, Qaragölətrafında azərbaycanlı və erməni hərbçilər arasında dava düşüb. "Davanın səbəbi erməni hərbçilərin Ermənistan ərazisində yeni mövqelər və postlar inşa etməyə başlamaları olub. Vəziyyətə rusiyalı hərbçilər müdaxilə etsələr də, vəziyyət gərgin olaraq qalır.

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfat etməsindən 83 il ötür. 57 illik həyatında millətinin və vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandıran Atatürkün adı Türkiyə və dünya tarixinə qızıl hərflərlə yazılıb. Atatürk 1881-ci ildə Selanikdə anadan olub. Təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi olan Mustafa Əfəndi Atatürkü sinifdəki digər “Mustafa”dan fərqləndirmək üçün istedadlı şagirdinə “Kamal” adını

8 Noyabr – Zəfər Günündə Şuşa ətrafında baş verdiyi iddia edilən insidentlə bağlı müxtəlif ehtimallar yayılır. Dalidag.az xəbər verir ki, Zəfər Günündə Azərbaycan Ordusunun hər hansı əməliyyat keçirməsi versiyası mümkünsüzdür və bu, hər kəsə gün kimi aydın olan həqiqətdir. Bəs, belə olan halda nə baş verib? Ermənistan MN 8 noyabr saat 15:00 radələrində Azərbaycan xüsusi təyinatlısının (yalnız bir əsgər olduğu iddia edilir) Şuşa-Laçın yolu istiqamətinə yaxınlaşdığı, “yerli əhalini qorxutmaq

Namiq Dəlidağlı DƏLİDAĞ, SALAM OLSUN, MUROV, HƏR VAXTIN XEYİR! İlahi, sənə şükür, diləyimiz çin oldu, Kəlbəcərə dönürük... İllərdi gözləyirdik, bu gün, həmin gün oldu- Kəlbəcərə dönürük... Möcüzə yaranıbdı-sirr qayası, sirr daşı, bu yurdun əvəzi yox-dür qayası, dür daşı. Şəhid-Şəhid göyərən hər qayası, hər daşı- Kəlbəcərə dönürük... Kimin düşsə bu yerə güzarı- sevinəcək, qalmayacaq ağrısı-azarı, sevinəcək. ...Uluların torpağı-məzarı sevinəcək, Kəlbəcərə dönürük... Var olsun milli ordum, zəfər

Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat

Ermənistanın keçmiş prezidentləri Robert Koçaryanla Serj Sarkisyan Xankəndiyə gediblər. Bu barədə "İravunk” nəşri məlumat yayıb. Koçaryan noyabrın 7-də 93 yaşında ölən Serj Sarkisyanın anası Nora Sarkisyanın dəfn mərasimində iştirak edib.sfera.az Dalidag.az

Böyük asteroid Yerə döru gəlir və dekabrın 11-də planetin yaxınlığından keçəcək. Dalidag.az xəbər verir ki, bu barədə NASA-nın ekspertləri məlumat veriblər. "4660 Nereus" asteroidinin planetdən təxminən dörd milyon kilometr məsafəsindən keçəcəyinə baxmayaraq, ABŞ Kosmik Agentliyi onu "potensial təhlükəli" kateqoriyasına aid edib. Göy cisminin ölçüsü Parisdəki Eyfel qülləsindən (300 metr) hündür - 330 metrdir olduğu bildirilir. NASA-nın məlumatına görə, növbəti dəfə göy cismi Yerə yalnız 2112-ci

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.

Dünyasını dəyişən yaxınlarımızın təkcə bizdən ayrılmasına görə heyifsilənmirik, həm də doğma yurda qovuşa bilmədkləri üçün ağrıyırıq. Torpaqlarımızın işğalda olduğu 30 il müddətində o yurda canıyla-qanıyla, ruhuyla bağlı olan böyük bir nəsli itirdik. Və bu hələ də davam edir. Torpaqlarımız işğaldan azad olunandan sonra sanki yarpaq tökümü başladı, davamlı yurddaşlarımızın ölüm xəbərlərini almağa başladıq. Uzun illərin həsrətindən qübar bağlamış ürəklər tab gətirmədi Qələbə sevincinə bəlkə də.

Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir.2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024