Reklam
Şuşa ətrafına gələn təxribat dəstəsi məhv edildi
10-11-2021 11:48
8 Noyabr – Zəfər Günündə Şuşa ətrafında baş verdiyi iddia edilən insidentlə bağlı müxtəlif ehtimallar yayılır.
Dalidag.az xəbər verir ki, Zəfər Günündə Azərbaycan Ordusunun hər hansı əməliyyat keçirməsi versiyası mümkünsüzdür və bu, hər kəsə gün kimi aydın olan həqiqətdir.
Bəs, belə olan halda nə baş verib?
Ermənistan MN 8 noyabr saat 15:00 radələrində Azərbaycan xüsusi təyinatlısının (yalnız bir əsgər olduğu iddia edilir) Şuşa-Laçın yolu istiqamətinə yaxınlaşdığı, “yerli əhalini qorxutmaq üçün” atəş açdığı, bu atəş nəticəsində ərazidə su borusunu təmir edən şəxslərdən birinin alnından aldığı güllə yarasından yerindəcə öldüyünü, digər 3 nəfərin isə yaralandığını bildirir.
Ermənistanın rəsmi mənbələrinə görə, su borusunu “təmir edən” şəxslərin hamısı 22-30 yaş civarındadır.
Beləliklə, suallar:
1. Su borusu niyə məhz 8 Noyabr – Zəfər Günündə sıradan çıxır və onun təmirinə ehtiyac yaranır?
2. Çilingərlər niyə hamısı gəncdir?
3. Azərbaycan xüsusi təyinatlısının “yerli sakini qorxutmaq üçün” açdığı atəş nəticəsində niyə təmir işi aparanlardan biri alnından güllə yarası alıb, yerindəcə ölür, digər 3 nəfər isə yaralanır?
Bu suallara 7 noyabrda Ermənistan müdafiə naziri Aqarşak Karapetyanın Laçın dəhlizindən istifadə edərək Azərbaycan ərazisinə qanunsuz gəlməsi, burdakı “döyüş mövqelərinə” baxış keçirməsi, rus sülhməramlılarının məsuliyyət zonasındakı qanunsuz erməni hərbi birliklərinin “hərbi hissəsində” olması və əsgərlərə medal paylaması və sairi də əlavə etmək olar. Ermənistan müdafiə naziri uzun müddət heç bir Ermənistan rəsmisinin gəlməyə cəsarət etmədiyi Azərbaycanın rus sülhməramlılarının nəzarəti altında olan ərazilərinə hansı səbəbdən məhz Zəfər Günü ərəfəsində gəlir? Bu gəlişin hədəfi nədir?
Bu suallar müxtəlif ehtimallara yol açır.
Ermənistan ordusu Zəfər Günü ilə bağlı təxribat həyata keçirmək istəyib və buna görə də Şuşa yaxınlığına diversiya qrupu göndərib. Diversantlar maskalanmaq üçün “çilingər” obrazına giriblər və guya su borusunu təmir etmək görüntüsü yaradıblar. Azərbaycan kəşfiyyatı isə düşmənin təxribatı haqda əvvəlcədən məlumat əldə edib və xüsusi təyinatlılar diversiya qrupunu “qarşılayıblar”. Nəticədə ən azı bir diversant yerindəcə məhv edilib, digərləri isə yaralanıb və qrup ərazidən dərhal uzaqlaşıb.
Bu ehtimalı Azərbaycan XİN-in yaydığı məlumat da gücləndirir. Belə ki, Şuşa yaxınlığında su borusunun təmirinə ehtiyac yarandığı halda prosedura görə rus sülhməramlılarına məlumat verilməli və Azərbaycan Ordusunun razılığından sonra o əraziyə çilingərlər yalnız rus sülhməramlılarının müşayiəti ilə gəlməli idi. Ancaq rus sülhməramlılarına heç bir müraciət daxil olmayıb, əraziyə yaxınlaşan erməniləri də rus sülhməramlıları müşayiət etməyiblər.
Digər tərəfdən, Ermənistan 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə bağlı böyük hay-küy kampaniyası aparsa da, indiyədək rus sülhməramlılarına şikayət də etməyiblər. Ermənistan İstintaq Komitəsi “araşdırma” aparır, ancaq nədənsə araşdırma barədə rus sülhməramlılarının məlumatlandırılması, onların müşayiəti ilə əraziyə baxış keçirilməsi, Rusiya sülhməramlılarının Azərbaycan tərəfinin istintaqda iştirakını təmin etməsi haqda heç bir bilgi yoxdur.
Bütün bunlar isə bir daha təsdiqləyir ki, Şuşa yaxınlığında heç bir boru təmiri məsələsi olmayıb, gələnlər erməni diversiya qrupu olub və Azərbaycan Ordusu bu qrupu məhv edib./axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 10-11-2021 11:48
Baxış sayı: 4201
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23