Reklam
Dayım da doğma yurda qovuşa bilmədi - ELEGİYA
08-11-2021 13:02

Dünyasını dəyişən yaxınlarımızın təkcə bizdən ayrılmasına görə heyifsilənmirik, həm də doğma yurda qovuşa bilmədkləri üçün ağrıyırıq.
Torpaqlarımızın işğalda olduğu 30 il müddətində o yurda canıyla-qanıyla, ruhuyla bağlı olan böyük bir nəsli itirdik. Və bu hələ də davam edir. Torpaqlarımız işğaldan azad olunandan sonra sanki yarpaq tökümü başladı, davamlı yurddaşlarımızın ölüm xəbərlərini almağa başladıq. Uzun illərin həsrətindən qübar bağlamış ürəklər tab gətirmədi Qələbə sevincinə bəlkə də. Bir yandan da tüğyan edən pandemiya qənim kəsildi insanlarımıza.
Bu günlərdə bütün varlığı ilə doğulub boya-başa çatdığı doğma yurda bağlı olan dayım Vəli Böyükkişi oğlu da haqq dünyasına qovuşdu. Uzun ömür sürsə də əli Kəlbəcərə, Laçına uzanılı köçdü dünyadan. Bu bizi ağrıtdı, çox təəssüf hissi keçirdik. Səhhətində yaranan problem torpaqlarımız azad olunandan sonra oraları ziyarət etməyə imkan vermədi. Dayım səxalı kişiydi. İmkanı daxilində xeyirxah əməllərindən qalmaz, ehtiyacı olanlara, ətrafa köməyini heç zaman əsirgəməzdi. Gözəl ailə başçısı kimi də nümunə çəkiləcək kişi idi. Müxtəlif sahələrdə çalışan övladları, nəvələri bu gün millətinə, məmləkətinə layiqincə xidmət göstərir, ata öyüdünə əməl edirlər.
"Səni Kəlbəcərə aparammıram" dediyim anam da, dayılarım, əmim uşaqları və digər yaxınlarım da, eləcə də minlərlə soydaşımız əli doğma ocağa uzanılı dünyalarını dəyişdilər. Bu gün Zəfər Günüdü, yurd yerlərimizin yağılardan təmizləndiyi günü baram kimi qeyd edirik. Deməli, Şəhidlərimizin də, azad olunan yerlərimizə dönə bilməyən yurddaşlarımızın da ruhu şaddı. Təsəllimiz və təskinliyimiz budu! Ruhunuz şad olsun!
Allah rəhmət eləsin!
Namiq Dəlidağlı
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 08-11-2021 13:02
Baxış sayı: 21 292Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























