Azərbaycan hərbi əməliyyatları Ermənistan ərazilərinə keçirən kimi erməni əsgəri Kəlbəcəri tərk etməyə başlayacaq. Dalidag.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc qeyd edib. O, bu fikirləri son günlər xüsusilə də Tovuz döyüşlərindən sonra Ermənistanın artan təxribatçı ritorikasına öldürücü cavab verilməli olması ilə əsaslandırıb. Qeyd edək ki, STM sədri bir müddət əvvəl də üçüncü cəbhənin açılmasını – Göyçə, yaxud Meğri

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 57 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı

Yüksək zəkaları ilə adlarını tarixə yazmış insanlar çoxdur. Bunlara misal kimi Albert Eynşteyn, İsaak Nyuton və Mark Zukerberq kimi şəxslərin adlarını çəkmək olar. Dünya tarixində iz qoymuş bir çox alim, tarixçi və ixtiraçıda IQ səviyyəsi 150-dən çoxdur. IQ İntellekt əmsalı (ingiliscə intelligence quotient -IQ «ay-kyü») insanın malik olduğu intellekt qabiliyyətinin kəmiyyət göstəricisi sayılır. Albert Eynşteynin IQ-si 160, İsaak Nyutonun 190, Mark Zukerberqin isə 152-dir. Bu insanlar dahi kimi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Müdafiə Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilən “Əsgərə salam” hərbi-vətənpərvərlik sosial layihəsinə daha üç şəhidin – iyulun 12-də Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat zamanı qəhrəmancasına həlak olan mayor Anar Gülverdi oğlu Novruzovun, mayor Namiq Hajan oğlu Əhmədovun və çavuş Vüqar Lətif oğlu Sadıqovun övladları qoşulub. Onlar hərbi salam

I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbuluna başlanılıb. Dalidag.az xəbər verir ki, Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların

Kanada, ABŞ, Avropa İttifaqı və İngiltərə Belarusa qarşı sanksiya tətbiq edə bilər. Dalidag.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Agentliyə danışan gizli mənbə sanksiya qərarı qəbul edilməsi təqdirində bunun çox uzaq olmayan tarixdə reallaşdırılacağını bildirib. Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko daha əvvəl ölkədəki etiraz aksiyalarının xaricdən, xüsusilə, Polşadan idarə edildiyini, qonşularının sadəcə prezident seçkilərinin təkrarlanması ilə bağlı fikirlərini

Qarşıdan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin növbəti görüşü gəlir. Bu görüş artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin taleyini həll edə bilər. Görüşün nəticəsi tərəfləri ya danışıqlara davam edib mövcud vəziyyətlə razılaşmağa, ya da bir dəfəlik lokal müharibəyə gətirib çıxaracaq. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a politoloq İlqar Vəlizadə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən son hadisələri şərh edərkən deyib. O bildirib ki, Ermənistan

“Əcəlim suynan gəlsə, kaş ki Araz apara, Orda həzin laylalar hər iki taydan gəlir” Xəqani Həbiboğlu D ostlar, mənim bir deyimim var: “Açmadığın kitabı oxuya bilməzsən. Oxumadığın kitab haqqında fikir söyləmək günahdır” Xəqani qardaşım, kitabını neçə gündü vərəq-vərəq oxuyuram ki, dediyim fikirlərdə reallıq olsun. Heç xoşum gəlmir ki, yeni bir kitabı əlinə alan kimi tezcə şəklini çəkib, feysdə paylaşasan və həmin kitab haqqında hansı fikirlərisə yazasan. Təbrikimin əsas gecikmə səbəbi

MƏNSİZ GECƏ Ulduzları mürgü döyən sakit, heysiz bir gecədi. Ay hardasa itib-batib, yoxsa göysüz bir gecədi. Öz-özünə axır keçir, qədim, nəfis bir gecədi. Bir az xəfə, bir az qəfəs təngnəfəs bir gecədi. Nə yaxşı ki, sonsuz deyil, uzun, ensiz bir gecədi. Bir az həzin, bir az qərib, sanki mənsiz bir gecədi... BİR DƏ GÖRDÜN Bir də gördün beşikdi adam, bir də gördün bəbədi. Bir də gördün uşaqdı adam, bir də gördün babadı. Bir də gördün oğuldu adın, bir də gördün atadı. Bir də gördün yox oldu adam,

Bu il dekabrın 22-də nələr baş verəcək, kimlər o tarixdən sağ çıxacaq, kimlər yox? Dünya hansı hadisələrlə rastlaşacaq? Dalidag.az xəbər verir ki, Rusiya mətbuatının araşdırmasına görə, həmin tarixdən xeyirxahlar yaşayacaq, bədxahlar məhv olacaq – dünya ölümsüzlüyə qovuşacaq. Bunu bolqar görücü, məşhur Vanqa deyib. Rusiya mətbuatı yazır, amma görək nəyə əsaslanır? Məlumatda qeyd edilir ki, Vanqanın qohum-əqrabası ağızdan-ağıza ötürüblər bu informasiyaları. Bəlkə, qohumları yalan deyir, nə isə
Yazı axını