Reklam
Dünya dağılacaq, dirilər ölülərə həsəd aparacaq-Vanqa 22.12.2020 tarixini deyib
02-09-2020 15:15
Bu il dekabrın 22-də nələr baş verəcək, kimlər o tarixdən sağ çıxacaq, kimlər yox? Dünya hansı hadisələrlə rastlaşacaq?
Dalidag.az xəbər verir ki, Rusiya mətbuatının araşdırmasına görə, həmin tarixdən xeyirxahlar yaşayacaq, bədxahlar məhv olacaq – dünya ölümsüzlüyə qovuşacaq. Bunu bolqar görücü, məşhur Vanqa deyib. Rusiya mətbuatı yazır, amma görək nəyə əsaslanır? Məlumatda qeyd edilir ki, Vanqanın qohum-əqrabası ağızdan-ağıza ötürüblər bu informasiyaları. Bəlkə, qohumları yalan deyir, nə isə məqsədləri var?Öz həmyerlisinin uzaqgörənliyini araşdıran başqa bir bolqar alimin dediklərinə baxaq.Veliçka Dobryanov Vanqanın görüşdüyü adamlarla söhbətlərindən onun 823 mesajının açmasını izah edir. Deyir ki, onlardan 400-ü artıq düz çıxıb, 200 –ü birmənalı deyil. 90-ı yanlış olub.
Beləliklə, ölümündən əvvəl Vanqa lənətə gəlmiş beş dənə “2” rəqəmindən bəhs edib. İki dəfə həmin “2” lərin təkrarlanacağı gündən danışıb. Onun birini keçmişik - 22.02.2020-ci ildir. Biri isə hələ qarşıdadır – 22.12.2020-ni deyir.
Vanqa deyib ki, həmin gün dünyada əsaslı dəyişikliklər olacaq. Elmə görə həmin gün iki səma cismi - Yupiterlə Saturn dolça bürcü altında birləşəcək.
Deyir ki, həmin gün ola bilsin bizim yer planeti hansısa astroloji varlıqla toqquşacaq. Bu da fəsadsız ötüşməyəcək: “Günəşin üzünü yeri bürümüş qara kül örtəcək. Çaylar məcrasından çıxacaq, yer kürəsinin kiçik hissələri su altında qalacaq. Dirilər ölülərə həsəd aparacaq. Bəzi ölkələr yer üzündən silinəcək. Xeyirxah insanlar qalacaq, bədxahlar məhv olacaq. Özünü ağıllı hesab edənlər öləcək. Çox adam məhv olacaq. Ondan sonra həyat yaxşı olacaq, hətta ölümsüzlük gələcək”.
Vanqa deyib ki, həmin gün hər kəs özünü güzgüdə görəcək, dünya güzgü kimi üzünü dəyişəcək. Bəs kimlər xilas olacaq? Vanqaya görə, xeyirxah adamlar yaşayacaq. İnamlı insanlardan ibarət olacaq dünya. Dünyanın axırı olmayacaq, amma dünya dəyişəcək. Bir sözlə, deyir xeyirxah və inamlı olun ki, yaşayasınız, dünyagözəlləşsin. Axırıncı fikrə əməl etməyə etsək yaxşıdır, amma dünyanın dəyişəcəyi barədə cəfəngiyyatı eşidin, inanmayın. Xüsusən uşaqlar panikaya düşməsin, biz çox eşitmişik belə söhbətləri, həmin dünyadır./lent.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 02-09-2020 15:15
Baxış sayı: 3370
Yazı axını
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
Ən çox oxunanlar