Bu il oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyimiz tərəfindən dərhal ABŞ müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib. Bildirilib ki, məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işə başlayır. AŞPA-nın Mətbuat Xidmətində verilən məlumata görə, Assambleyanın sessiyasında Ermənistanın Azərbaycan-Ermənistan sərhədində törətdiyi son təxribatlar, Avropanın ərzaq təhlükəsizliyi, Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avropa üçün fəsadları ilə bağlı müzakirələr aparılacaq. Assambleya həmçinin Türkiyə, Macarıstan və Rumıniyanın AŞPA qarşısında öhdəliklərini yerinə yetirməsini müzakirə edəcək.

Estoniya gələn həftə Ukraynaya yeni hərbi yardım paketini elan etməyə hazırlaşır. Bu barədə Estoniyanın Baş naziri Kaja Kallas tviterdə bildirib. "Biz Ukraynanı daha çox döyüş sursatı, qış və şəxsi avadanlıqla təmin edəcəyik", - Kallas qeyd edib. Dalidag.az

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Dalidag.az xəbər verir ki, bu barədə Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra Yelisey sarayının rəsmi saytında dərc edilmiş bəyanatda deyilir. Sənəddə vurğulanıb ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və

Oktyabrın 5-də Çexiya hakimiyyəti Ukraynaya qısa lüləli və uzun lüləli silahlarla yanaşı, ağır texnika və sursatlardan ibarət əlavə hərbi yardım paketini təsdiqləyib. "Novinky" xəbər verir ki, bu barədə Çexiyanın müdafiə naziri Yana Çernoxova məlumat verib. Respublikanın Müdafiə Nazirliyinin rəhbəri təhlükəsizlik baxımından Ukraynanın konkret olaraq nə alacağı barədə ətraflı məlumat açıqlamayıb. Jurnalistlər qeyd ediblər ki, sosial şəbəkələrdəki foto və videolar, eləcə də Kiyev və tərəfdaşların

“Rusiya ordusunun döyüş meydanında bir sıra məğlubiyyətlərindən sonra Vladimir Putin Ukraynaya hərbi yardımın paylandığı yerlərə hücum əmri verə bilər. Bu, hətta Polşadakı hava limanları da ola bilər”. Dalidag.az xəbər verir ki, bunu ABŞ Konqresinin üzvü, Kəşfiyyat komitəsinin nümayəndəsi senator Marko Rubio CNN-ə deyib. “Əgər Vladimir Putin qərara gəlsə ki, məsələn, NATO-nun, Avropanın və ABŞ-ın Ukraynanı silahlandırmaq onun təkcə müharibəni uduzmasına gətirib çıxarmayacaq, həm də hakimiyyəti

Pakistanın sabiq baş naziri İmran Xan haqqında həbs qətimkan tədbiri seçilib. Pakistanın Marqalla bölgəsinin yerli hakimi Mücahid Rəhim keçmiş baş nazir İmran Xanın həbsinə qərar verib. İmran Xan məhkəməyə hörmətsizlikdə və insanları terrora təşviq etməkdə ittiham olunur.

Ukrayna prezidenti Vladimir Zelenski Liman şəhərinin işğaldan azad edildiyini rəsmən açıqlayıb. Zelenski bildirib ki, artıq Liman şəhərində Ukrayna bayrağı dalğalanır. Prezident həmçinin əlavə edib ki, işğal edilmiş ərazilərin azad olunması davam edəcək. Dalidag.az xəbər verir ki, bundan əvvəl Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyünü rədd edib. Xatırladaq ki, Ukrayna ərazilərinin ilhaqını rəsmən elan etdikdən sonra Putin Ukraynanı hərbi əməliyyatları dayandırmağa və

Ötən gün ağır yol qəzasında ölən şəxslərin hərbçi olduğu məlum olub. Dalidag.az xəbər verir ki, onlar Gəncə şəhər sakini, MAHHXHQ Musayev İslam İsax oğlu və Şəki şəhər sakini, MAHHXHQ Aslanov Mübariz Azər oğludur. Məlumata görə, hər iki hərbi qulluqçu 44 günlük Vətən müharibəsində və 13 sentyabr 2022 -ci il tarixində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına döyüşüblər. Onların nəşi Cəlilabadda Azərbaycan bayrağına bükülmüş tabuta qoyularaq öz yaşadığları rayona yola salınıb. Qeyd

İkinci Qarabağ müharibəsinin ikinci ili ilə bağlı bir-çox yerlərdə anım günü keçirilib. Bunlardan biri də, Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədovun qatıldığı ilk şəhidimiz olan Atayev Nicat Habil oğlunun anım mərasimidir. Dalidag.az xəbər verir ki, ilk öncə Fəxri xiyaban ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub. Bunun ardından şəhidin ailəsinin yaşadığı Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində toplaşaraq şəhidimiz yad ediblər. Mərasimdə şəhidin ailə üzvüləri ilə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024