Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “UL-350” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiyanın İjevsk şəhərindəki orta məktəbində atışma zamanı uşaqlar həlak olub. Gazeta.ru-nun məlumatına görə, İjevsk şəhərindəki 88 saylı məktəbdə baş verən atışmada 13 nəfərin öldüyü bildirilir. Qurbanlar arasında yeddi şagird də var. Daha 14 yaralının olduğu qeyd edilir. Polis atəş açan şəxsin meyitini tapıb. Onun intihar etdiyi bildirilir. Həkimlər və təhlükəsizlik xidmətləri hadisə yerindədir. Sözügedən məktəb 1994-cü ildə istifadəyə verilib, 982 şagirdin təhsili ilə 80 müəllim məşğul olur.

Sentyabrın 12-dən 14-nə qədər Azərbaycan-Ermənistan sərhədində gedən qızğın döyüşlərdən sonra geri qayıdan hərbi maşın karvanlarımızın üzərində qeyd olunan hərflər və bu görüntülərin sosial şəbəkələrdə əks olunması, olduqca ciddi maraq doğurdu. Bir çoxları bunu hansısa ideoloji amillərlə əlaqələndirsə də, həqiqətdə həmin hərflərin hərbi birləşmələrimizin müxtəlif bölmələrinin adlarını əks etdirdiyi hərbi ekspertlər tərəfindən şərh edildi. Hərbi ekspert Ədalət Verdiyev yayılan görüntülərə

Jurnalist Əvəz Zeynallı barəsində ev dustaqlığı vəsatətinin təmin edilməməsinə dair Binəqədi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib. Dalidag.az xəbər verir ki, bu barədə Əvəz Zeynallının vəkili Aqil Layıc bildirib. "Ümid edirəm ki, apellyasiya şikayətimiz təmin ediləcək, Əvəz Zeynallı ev dustaqlığına buraxılacaq", - deyə vəkil qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik elan edib. Bu barədə "Mash” teleqram kanalındakı birbaşa yayımdan məlum olub. "Vətənimizi və bütövlüyümüzü qorumaq üçün mən qismən səfərbərliyə dəstək verməyi zəruri hesab edirəm", deyə Putin vətəndaşlara müraciətində bildirib. Dövlət başçısı qeyd edib ki, yalnız ehtiyatda olan və ilk növbədə silahlı qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar hərbi xidmətə çağırılacaqlar. Bölmələrə

“Azərbaycanın Parisdəki səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüflənirik”. Dalidag.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyindən bildirilib. “Fransa rəhbərliyi səfirliyin təhlükəsizliyini bərpa etmək və onun normal fəaliyyət göstərməsi üçün bütün tədbirləri görüb. Belə hadisələrin bir daha təkrarlanmaması üçün ayıq-sayıq qalırlar”, - nazirlikdən qeyd olunub. Xatırladaq ki, sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə

NATO-ya üzv olmaq qərarı ilə Moskvanı qəzəbləndirən Finlandiyada yerli media qurumları beynəlxalq medianın diqqətini çəkən xəbər yayımlayıb. Finlandiyanın dövlət televiziyası Yle Rusiyanın ikinci ən böyük şəhəri olan Sankt-Peterburqdakı hava hücumundan müdafiə sistemlərinin Ukraynaya daşındığını açıqlayıb. Peyk görüntülərini araşdıran Mika Makelaynenin xəbərinə görə, fotolar Sankt-Peterburqda çəkilib. Bu, Peterburqun şimal-qərbindəki Zelenoqorsk bölgəsində yerləşdirilən raket batareyalarının

Vətən müharibəsi qazisi vəfat edib. Dalidag.az xəbər verir ki, bu barədə oxu.az-a onun yaxınları məlumat veriblər. Qeyd edilib ki, doqquz aydır leykozdan əziyyət çəkən Səmədov Elnur Qalib oğlu dünən gecə saatlarında dünyasını dəyişib. Bu diaqnoz qaziyə 2022-ci ilin yanvar ayında qoyulmuşdu. Məlumat üçün bildirək ki, Səmədov Elnur 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş və Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ayağından yaralanmışdı.

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərinin bir neçə səbəbi var. Dalidag.az xəbər verir ki, bu barədə ReAL İH üzvü Natiq Cəfərli qeyd edib. O, səbəbləri bu cür sıralayıb: 1) ABŞ-da noyabr ayında seçkilərdir, Demokratlar Partiyasının reytinqi çox aşağıdır, erməni əsilli təmsilçi Anna Eşu və Ceki Spieri yanına alıb İrəvana gəlməklə səs qazanmağı düşünür - Demokratlar Partiyası üçün hər səs önəmlidir, çünki Respublikaçılar qalib gəlsə, Nensi nənə tək kreslosundan

Şəhid dəfnləri zamanı bir qrup naməlum şəxs peyda olaraq, İran ideoloji kursuna xas dini şüarlar səsləndirirlər. Bu, cəmiyyətdə narahatlıqla qarşılanır. İddialar bundan ibarətdir ki, həmin adamlar qətiyyən səmimi dindarlar deyil, sadəcə din adı altında fürsət düşən kimi İran təbliğatı aparan agent şəbəkə üzvləridir. Ancaq onların heç də hamısının agent şəbəkə adamları olmadıqları, sadəcə cahillikdən, bilməzlikdən prosesə qoşulduqları deyilir. Artıq vəziyyət o həddə çatıb ki, hüquq-mühafizə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024