Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər və mütamadi həkim nəzarəti altındadırlar. Dalidag.az bildirir ki, Mərkəzi Klinik Xəstəxanasından Səhiyyə Nazirliyinə verilən məlumata görə vəziyyətləri qənaətbəxşdir. Həyatları üçün hər hansı bir təhlükə yoxdur, yaxın saatlarda onların evə yazılacağı gözlənilir.

10 il müddətinə azadlıqdan məhrum edilmiş Azərbaycanın keçmiş Baş prokuroru Eldar Həsənovun kassasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib. Bu gün Ali Məhkəmədə baş tutan prosesə hakim İlkin Rəcəbov sədrlik edib. Dalidag .az xəbər verir ki, Eldar Həsənovun vəkili verdiyi açıqlamaya görə, hakim kassasiya şikayətini qismən təmin edib. Belə ki, sabiq Baş prokurorun 3 övladı Anar Həsənov, Emilya Qurbanova və Səbinə Hüseynovanın adına olan əmlakların üzərinə qoyulmuş həbs götürülüb. Eldar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə bu gün Azərbaycana birgünlük səfər edəcək. Dalidag.az xəbər verir ki, R.T.Ərdoğan İlham Əliyevlə birlikdə işğaldan azad edilmiş Azərbaycan ərazisində Türkiyə şirkətlərinin də iştirakı ilə inşa edilən ikinci aeroportun - Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək və həmçinin regionun inkişafı üçün həyata keçirilən yeni layihələrin təməlini qoyacaq. Səfər zamanı keçiriləcək ikitərəfli

Azərbaycan ərazisində olan bütün ermənicə adlar “Google Maps”dən silinib. Dalidag.az xəbər verir ki, bütün bunlar “Google Maps” üzrə ekspert Elvin Hüseynov tərəfindən həyata keçirilib. Onun sözlərinə görə, əvvəlcə Şuşanın ermənicə adı bütün dünya üzrə sistemdən çıxarılıb. Həmçinin daha sonra Azərbaycan Respublikası ərazisində olan digər bütün erməni adları da xəritədən silinib.

İşğaldan azad edilmiş Xocavənd rayonunun Ərəkül kəndi ərazisində təmir tikinti işləri ilə məşğul olan işçilər tərəfindən insan sümükləri aşkarlanıb. Dalidag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı deyib. O bildirib ki, məlumat daxil olduqdan dərhal sonra Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gedib: “İlkin araşdırma zamanı məlum olub ki, sümüklər ərazidəki yağışlardan sonra

Aşağı temperatur bu qışda Ukraynada respirator xəstəliklərin, soyuqlama və donvurmaların kəskin artmasına səbəb ola bilər. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Ukrayna hökumətinin statistikasına görə, müharibə başlayandan 800 mindən çox ev dağılıb və 10 minlərlə adam qaçqın düşərgələrində yaşayır. Onların soyuqdan qorunmağa şəraiti yoxdur. “Çox sayda ukraynalı tez-tez yerdəyişmə edir, qeyri-standart, istilik olmayan tikililərdə yaşayır. Bu da donvurma, soyuqlama,

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işi baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. Yaxın günlərdə məhkəmə başlanacaq. Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Əli Əliyev Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada saxlanılan başqa bir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib. İctimai Şuranın sədri Anar Xəlilov Dövlət Komitəsi ilə səmərəli qarşılıqlı fəaliyyətin nəticələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri keçmiş məcburi köçkünlərdə dərin razılıq hissi doğurur. Dövlətimizin başçısının və Birinci

Azərbaycan Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Katiblik yaradıb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Belə ki, Baş nazir Əli Əsədov Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər barədə qərar imzalayıb. Qərara əsasən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının

Bəzi internet media resursları və sosial şəbəkə istifadəçiləri oktyabrın 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inzibati binasının qarşısında məcburi köçkünlərin etiraz bildirdikləri barədə məlumat yayıblar. Dövlət Komitəsinin Mətbuat xidmətindən Dalidag.az-a verilən məlumata görə, həmin şəxslərin müraciətləri ilə əlaqədar aparılan araşdırmanın nəticələrini ictimaiyyətin diqqətinə çatdırır. Belə ki, "etirazçı"lardan biri - Şuşa şəhərindən məcburi köçkün
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024