Reklam
Ukraynadan Bakıya çağırış: Vardanyanı cəzalandırın!
01-02-2025 18:24
Ruben Vardanyan təkcə Qarabağdakı əməllərinə görə deyil, həm də Ukraynadakı hərəkətlərinə, Rusiyaya qarşı təcavüzü maliyyələşdirdiyinə görə cəzasını almalıdır.Dalidag.az xəbər verir ki, bu sözləri Ukraynanın xalq deputatı, Ali Radanın Müvəqqəti İstintaq Komitəsinin sədri Anna Skoroxod bəyan edib.
O, ötən il Ukrayna, Latviya, Litva və Rumıniyadan olan 120-dən çox deputatın Vardanyanın namizədlər siyahısından çıxarılması tələbi ilə Nobel Komitəsinə kollektiv məktub imzaladığını xatırladıb:
“Vardanyan Putinin pul kisəsidir, Ukraynaya qarşı təcavüzün sponsorudur, Qarabağda qanunsuz separatçı təşkilatın keçmiş rəhbəridir. Ümid edirəm, rəsmi Bakı xatırlayacaq ki, bu adam təkcə Qarabağa qarşı təcavüzdə iştirak etdiyinə görə deyil, həm də Ukraynaya görə, 21-ci əsrin baş diktatorunu maliyyələşdirdiyinə görə cəzaya layiqdir.
Əgər ABŞ, AB və Ukrayna Vardanyana qarşı sanksiyalar təklif edibsə və ya tətbiq edibsə, o zaman Azərbaycan Vardanyana real cəza tətbiq etməlidir. O, buna layiq olduğunu dəfələrlə və müxtəlif ölkələrdə sübut edib”.
Kateqoriya: Sosium
Tarix: 01-02-2025 18:24
Baxış sayı: 4131Yazı axını
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
Ən çox oxunanlar



























