Ukrayna ordusunun əks hücumu nəticəsində Xarkov vilayətinin Kupyansk şəhəri azad edilib. Jurnalist Eynulla Fətullayev sözügedən şəhərdə olub. Onun sözlərinə görə, Kupyansk hələ də güclü raket zərbələrinə məruz qalır. Şəhər tamamilə dağıdılıb və xarabalığa çevrilib. “qafqazinfo” Dalidag.az

Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Dalidag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Rövşən Mürvət oğlu Rüstəmov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir. Rövşən Rüstəmov

Müharibə başlayandan bəri Ukrayna 41 milyard avro məbləğində hərbi yardım alıb. Dalidag.az bildirilib ki, bundan başqa, Ukraynaya 14 milyard avro məbləğində humanitar yardım edilib. Latviya bu ölkəyə hərbi büdcəsinin 41 faizini verib. Qeyd edək ki, 2022-ci il fevralın 24-dən Rusiya Ukraynaya genişmiqyaslı hərbi müdaxilə edib.

Şəhid qardaşının banklara olan kredit borcu “YAŞAT” Fondu tərəfindən tam bağlanıb. Dalidag.az xəbər verir ki, bu barədə oxu.az-a şəhid Səbuhi Əhmədovun qardaşı Sənən Əhmədov məlumat verib. O bildirib ki, Fondun təşəbbüsü ilə onun banklara olan bütün borcu ödənilib: “Kifayət qədər böyük məbləğ idi. “YAŞAT” Fondu həmin kredit borclarını bağladı. Məbləğin dəqiq rəqəmini bilmirəm, amma kifayət qədər çox idi”. Qeyd edək ki, bu barədə ilk məlumatı manşet.az saytı dərc edib.

Əsrlər boyu digər xalqların nailiyyətlərini özününküləşdirən ermənilər bu vərdişlərindən əl çəkmək niyyətində deyillər. Bədnam qonşularımızın növbəti “oğurluğu” Polşada qeydə alınıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, Krakov şəhərində ənənəvi etnik mədəniyyət yarmarkasında “Azərçay”, Göyçay narşərabı və Bakı qurabiyəsi “qədim erməni məhsulları” adı ilə təqdim olunub. musavat.com Dalidag.az

Oktyabrın 23-ü saat 17 radələrində Tərtər rayonunun Çaylı adlanan ərazisində 1 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Tərtər rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla həmin ərazidə olarkən 1996-cı il təvəllüdlü Samir Əlizadənin minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alaraq hər iki ayağının amputasiya olunması müəyyən edilib. Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır. Dalidag.az

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olan leytenant Şirinov Ömər Muğan oğlunun 40 mərasimi keçirilib . Mərasimdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon

AYB qarşıdan gələn Qurultaya nümayəndə seçilənlərin siyahısını "Ədəbiyyat qəzeti"ndə dərc etdirməklə məni əməlli-başlı təəccübləndirdi. Məxfiliyi bəzi güc nazirliklərimizdən daha çox gözləyən, alınan mükafatların siyahısından tutmuş, ayrılan pulların xərclənməsini, bölmə sədrlərinin təyinatını gizli saxlayan qosqoca qurum, bu dəfə açıqlama verdi. Siyahıda çox dəyərli dostlarımızın adlarına rast gəldim və kənarda qalanlar da çoxdu. Halbuki, 330 nəfərlik siyahıda onlardan bəzilərinin adları da

"Türkiyə ilə Azərbaycan qardaş deyil. Dil çox kiçik ünsürdür, məzhəb daha güclüdür". Dalidag.az xəbər verir ki, bunu iranlı diplomat Əbulfəz Zöhrəvənd deyib. O bildirib ki, "Azərbaycan tərpənsə, Bakıda başını əzəcəyik". "Biz bölgədə yerləşməliyik. Biz Zəngəzura yerləşməliyik", - deyə Zöhrəvənd əlavə edib.konkret.az

İran harda lazım bilirsə, orda da hərbi təlim keçirəcək. Dalidag.az xəbər verir ki, bu sözləri İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin üzvü Həsən Həmmati İRNA-ya açıqlamasında deyib. O, ənənəvi İran “şüarını” – Cənubi Qafqazda sərhədlərin dəyişməsini İslam Respublikasının “heç bir halda” qəbul etməyəcəyini təkrarlayıb: “İranın şimal-qərbində, Azərbaycanla sərhəddə hərbi təlimə gəlincə, bu, güc nümayişi idi - qonşu ölkələr üçün sülh və dostluq, düşmənlərə qarşı
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024