Reklam
Kəlbəcər üzrə sərnişin daşıma 6 faiz artıb
22-02-2025 14:20

2024-cü ildə ölkə üzrə avtomobil nəqliyyatı ilə ən çox sərnişin daşıma Bakıda qeydə alınıb. Paytaxtda 906 min 296 sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2023-cü ilə müqayisədə Bakıda avtomobillə sərnişin daşıma təxminən 10.1% artıb.
Ötən il Naxçıvan, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Şəki-Zaqatala, Şərqi Zəngəzur, Şirvan-Salyan və Mil Muğan iqtisadi rayonlarında avtomobillə sərnişin daşıma artıb.
2024-cü ildə Naxçıvanda 46 min 655, Abşeron-Xızı iqtisadi rayonunda 153 min 564, Dağlıq Şirvanda 35 min 390, Gəncə-Daşkəsəndə 140 min 218, Qazax-Tovuzda 73 min 105, Şəki-Zaqatalada 68 min 233, Şirvan-Salyanda 91 min 004, Lənkəran-Astarada 72 min 48, Mərkəzi Aranda 102 min 963, Quba-Xaçmazda 68 min 222, Mil Muğanda isə 41 min 508, Qarabağda 32 min 473 sərnişin daşınıb.
Şərqi Zəngəzurda sərnişin daşımada 6,7 faiz artım qeydə alınıb. Bölgədə ümumilikdə 13 min 896 sərnişin avtomobil nəqliyyatından istifadə edib. Cəbrayıl rayonu üzrə bu rəqəm 3 895 (7,4%), Kəlbəcər rayonu üzrə 3 508 (6%), Qubadlı rayonu üzrə 1 694 (5,8%), Laçın rayonu üzrə 3 110 (6%), Zəngilan rayonu üzrə 1 689 (6,2%) nəfər olub.
Qeyd edək ki, ötən il ölkə üzrə avtomobil nəqliyyatı ilə ümumilikdə 1 milyon 846 min 8 sərnişin daşınıb. Bu, 2023-cü ilə müqayisədə təxminən 8.97% artım deməkdir.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 22-02-2025 14:20
Baxış sayı: 3269Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















