Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib. Dalidag.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktının elanı başa çatıb. Məhkəmə Səlim Müslümova sərbəst ifadə verməyi təklif edib. Səlim Müslümov verilmiş ittihamlarla özünü təqsirli bildiyini desə də, israf etməklə bağlı hissə ilə razı olmadığını bildirib. Sabiq nazir bildirib ki, dəymiş ziyanın

Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor Elçin Quliyevin səhhətində problemlər yaranıb. Dalidag.az xəbər verir ki, bu barədə məlumatı “Müdafiə xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov verib. O özünün Feysbuk səhifəsində yazıb: “Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev özünü dəliliyə qoyub, ya da artıq dəlidir-anlaqsızdır. Ciddiyyətinə şübhə

"Vətəndaşların Laçın rayonu ərazisində lövhəni sındırması ilə bağlı inzibati qaydada həbs edilməsi ilə bağlı iddiaları təkzib edirik, tam əsassızdır". Dalidag.az xəbər verir ki, bu haqda AZXEBER.COM-a DİN-in mətbuat xidmətindən məlumat verilib. "Elnur İsayev və Cavid Quliyev işğaldan azad olunan əraziyə qeyri-qanunu daxil olması və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadığı üçün barələrində məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Dalidag.az axar.az-a istinadla xəbər verir ki, Bəkir Orucovun "Tərtər işi" ilə bağlı şübhəli şəxs olduğu iddia edilir. Qeyd edək ki, general-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.

Bu gün yerli media nümayəndələri Laçın şəhərinə səfər ediblər. Dalidag.az bildirir ki, digər işğaldan azad olunmuş şəhərlərimiz kimi Laçın şəhəri də işğal dövründə dağıntılara məruz qalıb. Hazırda Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri əraziləri minalardan təmizləyir, hərbi polis şəhərdə xidmət aparır. Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün

Xalq artisti Emin Ağalarov Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında ilk dəfə olaraq konsert verəcək. Dalidag.az xəbər verir ki, bu barədə ifaçının özü məlumat yayıb. Müğənninin sözlərinə görə, onun çıxışı Kəlbəcərdə yerləşən hərbi hissədə baş tutacaq. “Konsert əsgərlərimizin əhval-ruhiyyəsini dəstəkləmək üçün keçirilir. Biz bunu çoxdan etmək istəyirdik, sadəcə əvvəllər ora getmək təhlükəli idi və bizə icazə vermirdilər”, - Emin deyib Dalidag.az

Avqustun 25-i Azərbaycan tarixi üçün də xüsusi önəm kəsb edən hadisələrdən biri – Razılıq Əməliyyatının (Operation Countenance) keçirilməsinin 81-ci ildönümü idi. Məhz 1941-ci ilin bu günü Sovet Ordusu Böyük Britaniya qüvvələri ilə birlikdə İrana hərbi müdaxilə edirlər və ölkənin bir hissəsini nəzarət altına alırlar. Əməliyyat İran şahının Hitler Almaniyasına simpatiyası, ölkə ərazisində Almaniyanın təsir dairəsinin genişlənməsi, İranın Hitler koalisiyasının tərəfində SSRİ və Böyük Britaniyaya

Türkiyə Cümhuriyyətinin mübarək milli günlərindən biri - 30 Avqust Zəfər bayramı. Bu bayram Türkiyə tarixinə Birinci Dünya Müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar verdilər.

Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlu həlak olub. Dalidag.az bildirir ki, məlumatı Müdafiə Nazirliyi təsdiq edib. Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

“Vətəndaşlığa bərpa və ya vətəndaşlığa xitam verilmə barədə Azərbaycan ərazisində yaşayan şəxslər Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə müraciət etməlidir”. Dalidag.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında hüquqşünas Əsabəli Mustafayev bildirib. Onun sözlərinə görə, vətəndaşlıqdan imtina etmık istəyən şəxslər öncə vəsatətlə dövlət
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024