Reklam
Hüseyn Abdullayevin daha 10 il həbsi tələb edildi
05-12-2024 13:46

“Quska” ləqəbli keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Dalidag.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror bəyan edib ki, sabiq deputata verilmiş ittiham məhkəmə istintaqı ilə təsdiqini tapıb.
Bu əsasla Hüseyn Abdullayev cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmada təqsirli bilinməli, cəzasını ümumi rejimdə çəkməsi şərti ilə 10 il müddətinə azadlıqdan məhrum edilməlidir.
“Quska” özü ittihamçının çıxışını istintaq təcridxanasından video-kamera ilə dinləyib. Məhkəməyə sədrlik edən hakim Azər Tağıyev müdafiə çıxışına hazırlanmaları üçün vəkillərə vaxt verib.
Xatırladaq ki, H. Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və digər cinayətlərin törədilməsində təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin cəza müddəti bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib.
Kateqoriya: Sosium
Tarix: 05-12-2024 13:46
Baxış sayı: 382Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























