Reklam
Can Laçın!
01-12-2024 20:42
Ölkəmizin dilbər guşəsindən biri olan Laçın işğaldan azad edildikdən sonra ilk məskunlaşmanın həyata keçirildiyi yaşayış məntəqələrimizdən biridir. 30 il respublikanın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış sakinləri doğma yurda - Laçın şəhərinə qayıdırlar. Yenidən bərpa edilən Laçın şəhəri gözəlliyi ilə göz oxşayır. Şəhərə qayıdan sakinlər rahat evlərdə yaşayaraq ötən çətin günlərin ağrı-acısını unudurlar.Laçın şəhər sakinləri də Böyük Qayıdışın əhatə etdiyi bütün keçmiş məcburi köçkünlər kimi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza minnətdarlıqla, qəhrəman şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, veteranlarımıza cansağlığı diləyi ilə yurda dönürlər...
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə hazırlanmış, Laçın şəhərinə həsr olunmuş videoçarxı şərhsiz təqdim edir.






Kateqoriya: Sosium
Tarix: 01-12-2024 20:42
Baxış sayı: 4314Yazı axını
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
03 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
30 / 06 / 2026
30 / 06 / 2026
30 / 06 / 2026
30 / 06 / 2026
29 / 06 / 2026
29 / 06 / 2026
Ən çox oxunanlar





























