Reklam
Polad Həşimovun məzarı ziyarət edildi - ŞƏKİLLƏR
02-01-2025 15:43

Yanvarın 2-də Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günündə Müdafiə Nazirliyinin bir qrup zabit heyəti, Vətən müharibəsi iştirakçıları və Milli Qəhrəmanın ailə üzvləri onun məzarını ziyarət ediblər.
Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olan Polad Həşimov Sumqayıt şəhərində orta təhsil alıb. Sonra o, indiki Heydər Əliyev adına Hərbi İnstituta daxil olub və bu xüsusi təyinatlı təhsil müəssisəsini müvəffəqiyyətlə bitirib.
Polad Həşimov döyüş bölgələrində Vətənimizin müdafiəsi uğrunda ona həvalə edilmiş əmr və tapşırıqları layiqincə yerinə yetirərək "general-mayor" ali hərbi rütbəsinədək yüksəlib.
2016-cı ilin Aprel döyüşlərində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 aprel 2016-cı il tarixli sərəncamına əsasən Polad Həşimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 2019-cu il iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilib.
General-mayor Polad Həşimov 14 iyul 2020-ci il tarixdə Tovuz rayonunun qarşısında yerləşən düşmənin hücum cəhdlərinin və təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra general-mayor P.Həşimov "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
Anım mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi adından milli qəhrəmanın məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.
Dalidag.az




Kateqoriya: Sosium
Tarix: 02-01-2025 15:43
Baxış sayı: 3170Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















