Reklam
Şəhid qardaşı intihar etdi - Foto
09-01-2025 11:41
Şəhid Aslanov Babək Sakit oğlunun birinci kurs tələbəsi olan qardaşı Saməddin Aslanov vəfat edib.Dalidagli.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar Vəliyev məlumat paylaşıb.
O bildirib ki, şəhid qardaşı yaşadığı travmalardan, çəkdiyi iztirablardan toparlana bilməyərək həyatına son qoyub.
O ölümündən qabaq baş verənlər haqqında paylaşım da edib.
Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, 07.01.2025-ci il tarixində saat 22:40 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub:
“Baş-beynin travması diaqnozu ilə Cərrahi reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilib. Aparılan müalicə və reanimasiyon tədbirlərə baxmayaraq, 08.01.2025-ci il tarixində saat 13:00 radələrində onun ölüm faktı qeydə alınıb”.
Qeyd edək ki, Babək Aslanov 2020-ci il oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Yanıqlı kəndində dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
Kateqoriya: Sosium
Tarix: 09-01-2025 11:41
Baxış sayı: 3115Yazı axını
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























