Sərhədi keçərək Şəki kəndində (Ermənistanın Zəngəzur bölgəsi - red.) saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev dindirilmə zamanı heç kimə zərər vermək niyyətində olmadığını bildirib. Dalidag.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb. Nəsimi Musayev ev sahibəsindən onu buraxmasını bir neçə dəfə xahiş etdiyini, lakin qadının silahdan möhkəm yapışdığını və buna görə də atəş açmağa məcbur qaldığını vurğulayıb. Üstəlik, Musayev yazılı ifadəsində hadisədən sonra qadının və ailə

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 6 il ötür. Dalidag.az xatırladır ki, 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan ordusu Gəncədə daha bir terror törədib. Hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə Ermənistan ərazisindən "Skad-B" Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə "Qələbə parkı"nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı

Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin yaxın vaxtlarda heç bir qarşılıqlı addım gözlənilmədən, "xoşməramlı jest" kimi Bakıya təhvil verilməsi ehtimalı var. Dalidag.az xəbər verir ki, bu fikri erməni vəkil Ovannes Xudoyan irəli sürüb. Hüquqşünasın sözlərinə görə, hadisənin təfərrüatını və irəli sürülən ittihamların reallığa nə dərəcədə uyğun olduğunu qəti şəkildə qiymətləndirmək üçün hələ tezdir. Xudoyan istintaqın ilk günlərində yayılan ziddiyyətli məlumatlara diqqət çəkib. Vəkil hesab

Cümə günü Yer kürəsində zəif və orta səviyyəli maqnit qasırğalarının baş verəcəyi gözlənilir. Dalidag.az xəbər verir ki, bu barədə Rusiyanın “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus bildirib. Onun sözlərinə görə, cari həftə Günəş aktivliyinin artması ilə başlayıb. “Günəşdə intensivliyinə görə mümkün səviyyələr arasında sondan əvvəlki kateqoriyaya aid bir neçə M sinifli alışma baş verib. Onlardan çərşənbə axşamının ilk yarısında qeydə alınan ikisi Yer istiqamətində nisbətən böyük

Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər. Dalidag.az xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix UNESCO tərəfindən Beynəlxalq Müəllimlər Günü kimi təsis edilib. Bu tarix BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd

Zaman axıb gedir. Günlərə, aylara, illərə bölünən bu zamanın içindən bir ömür keçir. Ömür dediyimiz nəsnə insanoğlunun həyata, yaşamağa sığdırdığımız zaman toplusuna verdiyi addır. Və bu toplunu həqiqi bir ömür kimi yaşamaq hər kəsə nəsib olmur. Kimlərsə sadəcə dünyaya gəlir və gedir. Başqa biriləri xüsusi missiya ilə gəlir və mütləq bir iz qoyur. Bu, Tanrı tərəfindən seçilməkdir. Müxtəlif peşə, sənət sahibləri, elm adamları həmin seçilmişlər sırasında yer alır. Ayrı-ayrı sahələrdə boy

İrəvan meriyasına şəhərlə bağlı yayımlanan videolarda Ağrı dağının görünməməsi barədə tapşırıq verildiyi iddia olunur. Dalidag.az xəbər verir ki, bu barədə barədə Ermənistan mediası məlumat yayıb. İddiaya görə, Ağrı dağının göründüyü kadrlar aşkarlandıqda aidiyyəti qurumlardan videonu silmək və həmin görüntülər olmadan yenidən paylaşmaq tələb edilir. Bu Baş nazir Nikol Paşinyanın Ermənistan üçün Ararat deyil, Araqats dağını önə çəkən açıqlamaları ilə əlaqələndirilir. Eyni zamanda, Ermənistan

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. Dalidag.az xəbər verir ki, bu sözləri bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professor bildirib ki, ötən gün bir qrup erməni deputat Kərki kəndinə səfər edərək orada yaşayan əhaliyə mənfi yöndə istiqamət verməyə çalışıb: “Onlar erməni əhali arasında təbliğat aparıblar ki, hakimiyyət bu kəndi Azərbaycana təhvil verəcək, amma narahat olmasınlar, buna imkan

Kəmalə Paşayeva bacısı, mərhum deputat Qənirə Paşayeva ilə bağlı paylaşım edib. Dalidag.az paylaşımı təqdim edir: “Əziz bacım, bu gün sənsiz keçən üç il tamam olur. Düz üç il əvvəl bu gün həyat dayanmadı... Günəş yenidən doğdu, insanlar danışmağa davam etdi və küçələr yenə insanlarla qaynadı. Həyat başqaları üçün davam edirdi. Amma mənim dünyamda əbədi olaraq bir şey əskik qaldı: sən. İnsan sevdiyi birini itirəndə zamanın ağrını yüngülləşdirəcəyinə inanmaq istəyir. Lakin mən öyrəndim ki, bəzi

Bağrımıza daş basdığımız, içimizdəki yanğının nəfəsimizi kəsdiyi bir günün ildönümünü yaşayırıq. 27 Sentyabr bizim üçün sadəcə təqvimdəki bir tarix deyil. Bu tarix həm Zəfərə açılan yolun başlanğıcı, həm böyük qürurumuz, həm də ömrümüz boyu daşıyacağımız müqəddəs nisgilin təqvimidir. İllərlə vətən həsrəti ilə qovrulan, doğma yurdunun yolunu gözləyən insanlar artıq o torpaqlardadır. Dədə-baba ocaqları yenidən çatılır, həyətlərdə həyat canlanır, evlərdə işıqlar yanır. Uzun illər həsrətlə
Yazı axını