Laçın şəhərində yaşayış evlərinin yaxınlığında yanğın baş verib. Dalidag.az xəbər verir ki, hadisə şəhərin Qorxmaz Eyvazov küçəsində baş verib. Belə ki, kolluq və quru otların yanması qısa müddətdə geniş əraziyə yayılıb. Laçın rayon Dövlət Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürmə avtomobili və şəxsi heyəti hadisə yerinə cəlb edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsindən sonra yanğının yaşayış evlərinə keçməsinin qarşısı alınaraq söndürülüb. İlkin məlumata görə, yanğın zamanı

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 12 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. Bu barədə DİM-dən məlumat verilib.Nəticələr və cavab materialları əlçatandır Bildirilib ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın

Azərbaycan Ordusunun xüsusi təyinatlıları İordaniya Haşimilər Krallığında keçirilən Terrorla Mübarizə və Xüsusi Əməliyyatlar üzrə "Zülfüqar" adlı birgə hərbi təlimdə iştirak edir. Müdafiə Nazirliyindən verilən xəbərə görə, hərbi əməkdaşlıq və təlim proqramları çərçivəsində keçirilən təlimdə ölkəmizlə yanaşı İordaniya Silahlı Qüvvələri - Ərəb ordusu Kral Abdullah II Xüsusi Təyinatlı Qüvvələri Komandanlığının şəxsi heyəti, eləcə də Türkiyə və Pakistanın xüsusi təyinatlıları iştirak edir. Pilotsuz

İsrailə İranın Ali Rəhbəri Əli Xameneini öldürməyə imkan verən kəşfiyyat sızması böyük ehtimalla hələ də aradan qaldırılmayıb. Dalidag.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi bildirib. Abbas Əraqçi deyib ki, fevralın 28-i səhər Prezident Məsud Pezeşkiana “müharibə ab-havasının hökm sürdüyünü” bildirib: “Fevralın 28-dən etibarən vəziyyət müharibəyə doğru gedirdi. Şənbə günü saat 08:00-da Prezidentlə görüşdüm və ona dedim ki, ‘müharibə ab-havası hökm sürür. Biz adətən

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan, "Vətən yaxşıdır" təsnifini ifası ilə milyonların qəlbində əbədiləşdirən Xudayar Yusifzadənin doğum günüdür. Dalidag.az xəbər verir ki, Xudayar Yusifzadə 15 iyul 1998-ci ildə Bərdə şəhərində anadan olub. O, 2004-2015-ci illərdə Bərdə şəhərindəki Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçən Xudayar sonradan

"Bu gün Şüşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir. Azərbaycan Prezidenti Forumun açılışında çıxışı zamanı ölkəmizin hazırda bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi üzərində çalışdığını bildirib". Dalidag.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib. Dalidag.az xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlət başçısına Laçın rayonunun enerji potensialı və stansiyaların fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin Qarabağ və

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməlini qoyub. Dalidag.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə layihə barədə məlumat verdi. Bildirildi ki, layihəyə əsasən Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarının yaradılacaq, həmçinin suburaxma qabiliyyəti saniyədə 8 kubmetr,

Bu gün Azərbaycanda və dünyanın əksər ölkələrində nadir astronomik hadisə müşahidə olunacaq. Dalidag.az xəbər verir ki, bu gün saat 15:15-də (Bakı vaxtı) Yer əhalisinin təxminən 99 faizi eyni anda Günəş işığı düşən hissədə olacaq. Qeyd edək ki, bu nadir astronomik hadisə hər il iyulun 8-də baş verir. Hadisə Günəşin Yerə nisbətdə mövqeyi və dünya əhalisinin coğrafi yerləşməsi ilə əlaqədardır. Məhz həmin anda bəşəriyyətin böyük əksəriyyəti planetin işıqlı tərəfində olacaq. Dalidag.az

Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq. Dalidag.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişiklik də əksini tapıb. Layihəyə əsasən, "Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq. Ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin
Yazı axını