"Həkəri çayı üzərində 100 milyon kubmetrlik su anbarı tikiləcək". Dalidag.az -ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev deyib. O bildirib ki, Laçın rayonunda Həkəri çayı üzərində içməli su təyinatlı su anbarının tikintisi nəzərdə tutulub: "2026-cı il iyulun 11-də Prezidentin iştirakı ilə layihənin təməlqoyma mərasimi keçirilib. Su anbarının ümumi həcmi 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olacaq. Layihə

Bir müddət əvvəl azaraq, Ermənistan Respublikası ərazisinə (Tavuş rayonuna) keçən Azərbaycan Respublikası vətəndaşı Yaşar Əli oğlu Qasımov Azərbaycana təhvil verilib. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Qeyd olunub ki, çoban oktyabrın 24-də Azərbaycanın müvafiq orqanlarına təhvil verilib.

Oktyabrın 25-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür. Dalidag.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə isə qar yağıb. Qar örtüyünün hündürlüyü Kəlbəcərdə 2 sm-dir. Dalidag.az

Şəhid Elşən Dağıstan oğlu Məmmədovun ailəsi və məzarı ziyarət edilib. Dalidag.az -ın xəbərinə görə, ziyarətdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Tural Oruczadə, Zülfüqarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidlərimizin ruhuna dualar oxunub, ehtiramla yad edilib. 44 günlük Vətən müharibəsindən və uğurlu Antiterror əməliyatından söz açılıb.Şəhidlərimizinin əziz xatirəsinin

Xəbər verdiyimiz kimi, oktyabrın 1-də Ermənistan sərhədini qanunsuz keçən Azərbaycan əsgəri Nəsimi Musayev Zəngəzurdakı Şəki kəndində saxlanılıb. Dalidag.az xəbər verir ki, Ermənistanın "Armlur.am" saytı Nəsimi Musayevin Şəki sakininin tövləsindən necə həbs olunaraq çıxarıldığını əks etdirən eksklüziv görüntülər yayıb. Dalidag.az

Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam olur. Dalidag.az xatırladır ki, 1991-ci il oktyabrın 18-də Ali Sovet "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan

Gəncə şəhərinin İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından altı il ötür. Dalidag.az xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə növbəti dəfə xain və qəddarcasına atəşə tutub. Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 17445 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il sentyabr ayının 1-i vəziyyətinə 10 milyon 279 min 796 nəfərə çatıb. Dalidag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Belə ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmətdə olan və Ermənistan ərazisində saxlanılan əsgəri Nəsimi Musayevin atası Rasim Musayev modern.az-a açıqlama verib. Dalidag.az xəbər verir ki, o bildirib ki, ailəsi əslən Kəlbəcər rayonunun Armudlu kəndindəndir. Daşkəsən rayonunda qeydiyyatda olsalar da, hazırda Gəncə şəhərində yaşayırlar. Rasim Musayevin sözlərinə görə, ailədə dörd övlad var: üç oğlan və bir qız. Oğullarından biri Vətən müharibəsi qazisidir, digər oğlu isə hazırda Bakıda hərbi

“Xalaqızı” ləqəbli snayper Növrəstə Yusifova vəfat edib. Dalidag.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, əslən Xızı rayonundan olan Növrəstə Yusifova Qarabağ müharibəsində Azərbaycanın ilk döyüşçü qadın snayperi olub. Könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qatılan N.Yusifova 1992-1994-cü illərdə müharibədə iştirak edib.
Yazı axını