Ordumuzun həyata keçirdiyi antiterror tədbirləri zamanı ağır yaralanan Cahan Xəqani oğlu Qasımov bu gün şəhid olub. Dalidag.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, şəhidimizin cənazəsi doğulduğu İsmayıllı rayonu, Qalınçaq kəndinə aparılır. Allah rəhmət eləsin!

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalıdan məcburi köçkün düşmüş sakinlərin bir qrupu ilə görüşüb. Komitədən Dalidag.az -a verilən xəbərə görə, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən və bu günlər Qarabağ iqtisadi rayonu ərazisində aparılan 1 günlük lokal antiterror tədbirlərindən sonra yaranan vəziyyət, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramında

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalı, Basarkeçər rayonu, Pəmbək kəndi haqqında xüsusi buraxılış hazırlanıb. Verilişdə Pəmbək kəndinin adının mənasından söhbət açılıb. Qeyd olunub ki, bu toponim quşçu türk etnonimi ilə “iki dağ və ya təpə arasında, eləcə də düzənlikdə uzun dərin çuxur” mənasında işlənən dərə sözünün birləşməsindən əmələ gəlib. Pəmbək sözü “dərədə quşçu tayfasının yaşadığı kənd” mənasını

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur. Dalidag.az xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır. 2023-2024-cü tədris ilində orta məktəblərdə 1 milyon 612 min 294 şagird təhsil alacaq. Bu tədris ilində 135 000 uşaq birinci sinfə gedəcək, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. Qeyd edək ki, 2023-2024-cü tədris ili iyunun 14-də başa çatacaq.

Laçında ekskavator tank əleyhinə minaya düşüb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, bu gün saat 16 radələrində Laçın rayonunun Qazıdərə kəndinin ərazisində Həkəri çayının sahilində təmir-bərpa işləri aparan şirkətlərdən birinə məxsus ekskavator tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb, texnikaya maddi ziyan dəyib.

2023-cü ilin hazırlıq planına əsasən, “N” hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Toplanış müddətində hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, eləcə də düzgün istifadə qaydaları öyrədilib. Həmçinin, hərbi vəzifəlilərin mənəvi-psixoloji vəziyyətləri yoxlanılıb, onlarla

Sentyabrın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib. Komitədən Dalidag.az -abildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, Prezident təqaüdçüsü Valeh Bahaduroğlu vəfat edib. Dalidag.az xəbər verir ki, 63 yaşlı yazıçı qəfil dünyasını dəyişib. O, doğulub boya- başa çatdığı İmişli rayonunun Əliqulular kənd qəbiristanlığında dəfn edilib.

Ukrayna Müdafiə Qüvvələri 610-u son sutka ərzində 263 020-yə yaxın rus işğalçısını məhv edib. Dalidag.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb. Bundan əlavə, düşmənin 4 436 tankı (+13), zirehli döyüş maşını - 8 604 (+8), artilleriya sistemləri - 5 507 (+31), zenit raketləri - 734 (+1), hava hücumundan müdafiə texnikası - 500 (+0) , təyyarə - 315 (+0), helikopterlər – 316 (+0), əməliyyat-taktiki PUA-lar – 4417 (+22), qanadlı

Azərbaycan bayrağını təhqir edən 3 erməni “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Dalidag.az xəbər verir ki, 2021-ci ildə Azərbaycan bayrağını təhqir edən şəxslərdən üç nəfəri saxlanılıb. Xatırladaq ki, 2021-ci ildə bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçuların Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılmışdı. Həmin zaman faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən
Yazı axını