Türkiyə Silahlı Qüvvələrinin çavuşu Musa Esat Kaya şəhid olub. Dalidag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, o, İraqın şimalında "Pəncə-Kilit" əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin açdığı atəş nəticəsində şəhid olub

İsraildə HƏMAS qruplaşmasının hücumu nəticəsində ölənlərin sayı 1 200-ə yüksəlib, yaralananların sayı isə 2 700-ü keçib. Dalidag .az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (İMO) sözçüsü Conatan Konrikus müdafiə qurumunun sosial şəbəkədəki səhifəsində canlı yayımda açıqlayıb. Xatırladaq ki, daha öncə ölkənin “Kan” radiostansiyasının müxbiri HƏMAS-ın hücumu sonucunda 1 200 nəfərin öldüyünü, 2 900 nəfərin isə yaralandığına dair qeyri-rəsmi rəqəmlər açıqlamışdı.

Oktyabrın 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb. Prezident İlham Əliyevin apardığı mükəmməl siyasi xəttin ölkəmizin hərtərəfli və davamlı inkişafını, bütün sosial layihələrin ardıcıl icrasını təmin etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet

Vidadi Murtuzayev Hüquqşünas Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Bununla əlaqədar 30 il əvvəl 1993-cü il 3 oktyabr tarixində keçirilən

Ordumuzun həyata keçirdiyi antiterror tədbirləri zamanı ağır yaralanan Cahan Xəqani oğlu Qasımov bu gün şəhid olub. Dalidag.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, şəhidimizin cənazəsi doğulduğu İsmayıllı rayonu, Qalınçaq kəndinə aparılır. Allah rəhmət eləsin!

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalıdan məcburi köçkün düşmüş sakinlərin bir qrupu ilə görüşüb. Komitədən Dalidag.az -a verilən xəbərə görə, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən və bu günlər Qarabağ iqtisadi rayonu ərazisində aparılan 1 günlük lokal antiterror tədbirlərindən sonra yaranan vəziyyət, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramında

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalı, Basarkeçər rayonu, Pəmbək kəndi haqqında xüsusi buraxılış hazırlanıb. Verilişdə Pəmbək kəndinin adının mənasından söhbət açılıb. Qeyd olunub ki, bu toponim quşçu türk etnonimi ilə “iki dağ və ya təpə arasında, eləcə də düzənlikdə uzun dərin çuxur” mənasında işlənən dərə sözünün birləşməsindən əmələ gəlib. Pəmbək sözü “dərədə quşçu tayfasının yaşadığı kənd” mənasını

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur. Dalidag.az xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır. 2023-2024-cü tədris ilində orta məktəblərdə 1 milyon 612 min 294 şagird təhsil alacaq. Bu tədris ilində 135 000 uşaq birinci sinfə gedəcək, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. Qeyd edək ki, 2023-2024-cü tədris ili iyunun 14-də başa çatacaq.

Laçında ekskavator tank əleyhinə minaya düşüb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, bu gün saat 16 radələrində Laçın rayonunun Qazıdərə kəndinin ərazisində Həkəri çayının sahilində təmir-bərpa işləri aparan şirkətlərdən birinə məxsus ekskavator tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb, texnikaya maddi ziyan dəyib.

2023-cü ilin hazırlıq planına əsasən, “N” hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Toplanış müddətində hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, eləcə də düzgün istifadə qaydaları öyrədilib. Həmçinin, hərbi vəzifəlilərin mənəvi-psixoloji vəziyyətləri yoxlanılıb, onlarla
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024