Azərbaycanda 92 yaşlı məşhur işə qəbul olundu
20-02-2026 09:50

Dalidag.az xəbər verir ki, hadisənin maraqlı tərəfi Ərşad Əzimzadənin 92 yaşında işə dəvət olunmasıdır.
Ə.Əzimzadə bununla bağlı deyib:
“Bu gün, 19 fevral 2026-cı il tarixində, 92 il yaşında olduğum bir vaxtda "İnci" şirkətinin prezidenti Mikayıl Yusifov məni rəsmi olaraq işə dəvət etdi və xalqımıza, dövlətimizə, vətənimizə birlikdə fayda verməyi təklif etdi. Mən bu təklifi böyük sevinclə qarşıladım və yenidən əmək fəaliyyətinə başladım. İşləyəcəyim "İzə" nəşriyyatının gənc kollektivi məni dərin hörmətlə qarşıladı. Çalışacağam ki, bu etimadı layiqincə doğruldum. Mən yeni bir həyata başlayıram. Yer üzündə elə bir şirkət yoxdur ki, 92 yaşlı "qocanı" işə dəvət etsin. Bunu yalnız "İnci" şirkəti bacardı”.
Ərşad Əzimzadə 1934-cü ildə Zəngilan rayonunun Seyidlər kəndində anadan olub. Əvvəllər jurnalist kimi fəaliyyət göstərib. O, “Azərbaycan gəncləri”, “Molodyoj Azerbaydjana”, “Bakinskiy raboçiy” və “Azərbaycan” kimi aparıcı qəzetlədə müxbir işləyib.
30 yaşdan 60 yaşacan 8 ağır xəstəlikdən əziyyət çəkib, 30 il dərman-terapiya müalicəsi alıb. 1995-ci ildə yapon alimi Katsudzo Nişinin Sağlamlıq Sistemini öz həyatına tətbiq edərək sağalıb.
Son 30 ildə 20-dən çox elmi-publisistik və bədii əsər yazıb. Onun sağlam həyat tərzinə aid “Möcüzəsiz möcüzə” kitabı müxtəlif dillərdə çap olunub və məşhurlaşıb.modern.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 20-02-2026 09:50
Baxış sayı: 3124Yazı axını
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
Ən çox oxunanlar





























